Tikinti şirkətinin səhmlərinə 2 investordan 2 sifariş
“Diadem” ASC-nin 100 min 500 manatlıq səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır.
Birjanın yaydığı məlumata görə, qeyd olunan səhmlərin Bakı Fond Birjasında abunə yazılışı 17-21 oktyabr 2024-cü il tarixi aralığında baş tutmuşdur. Səhmlər üzrə yerləşdirmə 24 oktyabr 2024-cü il tarixində yekunlaşmışdır.
Səhmlərə 2 investor tərəfindən 2 sifariş təqdim olunub. Emissiya tam məbləğdə yerləşdirilib.
Xəbər verdiyimiz kimi, qeyri-yaşayış binalarının tikintisi fəaliyyətilə məşğul olan "Diadem" ASC-nin nizamnamə kapitalı 100 min 500 manat artırılır. Səhmlərin yerləşdirilməsi uğurla yekunlaşdığı üçün "Diadem" ASC-nin nizamnamə kapitalı 3 milyon manatdan 3 milyon 100 min 500 manata yüksəlir.
Bugünədək "Diadem" ASC-nin səhmdarları Nəbiyev Elbrus Ənvər oğlu (75%) və Dostumalıyeva Kamalə Qocakişi qızı (25%) idi.
Qeyd edək ki, "Diadem" ASC tez-tez tenderlərdə qalib gələrək, milyonlarla manat sifarişlər alıb.
16 oktyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Diadem” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdi.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Diadem” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ100202280
Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 134 (ədəd)
İlkin ticarət qiyməti: 750 manat
Buraxılış həcmi: 100 min 500 manat
Hərrac qiyməti: 750 manat
Reallaşdırılmış həcm: 100 min 500 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 100,500 manat
İnvestor sayı: 2
Sifariş sayı: 2
Anderrayter: “Assist Finance İ.Ş.” ASC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 18 d. əvvəl
- 42 d. əvvəl
-
51 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
55 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı







.jpg)






.jpg)





