Dollar mövqelərini qoruyub saxlayır - GÜNƏ BAXIŞ
Beynəlxalq birjalarda dollar major valyutalar qarşısında öz mövqelərini qoruyub saxlayır. Belə ki, EUR/USD valyuta cütlüyü həftənin əvvəlindən eniş tendensiyasını davam etdirib və 1.0932 səviyyəsindən 1.0891 səviyyəsinə qədər ucuzlaşıb. GBP/USD cütlüyündə müvafiq dövr ərzində qiymət üfüqi olaraq dalğalandığının şahidi oluruq. USD/JPY cütlüyü isə demək olar ki, 150.000 həddinə qədər bahalaşıb. Məzənnə son dəfə qeyd olunan səviyyədə avqust ayının əvvəlindən ticarət olunurdu.
Bugün Yaponiyanın Sənaye Sektorunda İstehsal Həcmi göstəricisi dərc olunub. Verilən məlumatlara əsasən, sənaye istehsalı iyul ayı ilə müqayisədə avqust ayında 3.3% azalıb. Dərc olunan rəqəmlər analitiklərin proqnozlarını təkrarlayıb.
“Bitcoin” sentyabr ayının sonundan bu yana ilk dəfə 66500$ səviyyəsini aşıb. ABŞ-ın əsas fond indeksləri isə yüksəlirlər. Belə ki, “S&P 500” indeksi gün ərzində 5872 bəndlik rekord həddə çatıb. İnvestorlar öz növbələrində bir sıra şirkət hesabatları və fond bazarının yüksək qiymətləndirdikləri iqtisadi məlumatları maraqla gözləyirlər.
Həmçinin, bugün Böyük Britaniyada açıqlanacaq əmək bazarına dair statistik rəqəmlər və Avrozonada dərc olunacaq Sənaye Sektorunda İstehsal Həcmi göstəricisi bazar iştirakçılarının diqqət mərkəzində olacaq. Analitiklər Birləşmiş Krallığda işsizliyin 4.1% səviyyəsində qalacağını, Avrozonada sənaye istehsalının isə 1.8% artacağını proqnoz edirlər. Eləcə də, Bakı vaxtı ilə saat 16:30-da Kanadada inflyasiya məlumatları açıqlanacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)
.jpg)







.jpg)






