"PAŞA Kapital"dan dollarda 7% illik gəlir imkanı!
(®) PAŞA Kapital, Azərbaycanın kapital bazarlarında investorların aktiv iştirakına töhfə verəcək növbəti anderrayter layihəsi - Kapital Bank-ın 20 milyon ABŞ dolları həcmində subordinasiya istiqrazlarının ikinci tranşı üzrə abunə yazılışını həyata keçirir.
Ölkənin birinci bankı Kapital Bank-ın 2-ci tranşı üzrə yeni istiqraz yerləşdirmələri Bakı Fond Birjasında 30 təqvim günü ərzində abunə yazılışı üsulu ilə həyata keçiriləcək və yerləşdirilmə 29 oktyabr 2024-cü il tarixində yekunlaşacaq. İstiqrazların buraxılış tarixi isə 31 oktyabrda başa çatacaq.
İstiqrazların xüsusiyyətləri:
- Nominal dəyər: 100 ABŞ dolları
- Gəlirlilik faizi: İllik 7%
- Ödəniş müddəti: Aylıq
- Tədavül müddəti: 7 il
- Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş, subordinasiya istiqrazları
İstiqrazların buraxılması ilə əlaqədar baza emissiya prospekti, habelə istiqrazların buraxılışına dair digər şərtlərlə buradan tanış ola bilərsiniz.
Emissiyanın anderrayteri qismində "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC çıxış edir. Bu investisiya imkanından faydalanmaq istəyən investorlar PAŞA Kapital şirkətinin aşağıdakı onlayn müraciət platforması vasitəsilə abunə yazılışına qoşula bilər:
https://www.pashacapital.az/trading/kapitalbank
Qeyd edək ki, istiqrazlar subordinasiya borc şəklində, 7 illik tədavül müddəti ilə buraxılır. Subordinasiya borc öhdəlikləri - emissiya şərtlərinə görə ödəmə vaxtı çatdıqda ödənilən, bankın aktivlərinin girovu ilə təmin edilməyən, mülkiyyətçisinin tələbi ilə geri alınmayan, bank ləğv edilərkən onların ödənilməsi əmanətçilərin və bankın digər kreditorlarının tələbləri tam ödənildikdən sonra icra olunan öhdəliklər.
Xatırladaq ki, 26 sentyabr 2024-cü il tarixində PAŞA Kapital vasitəsilə həyata keçirilən Kapital Bank istiqrazlarının birinci tranşı fərdi investorlarda böyük maraq yaratmış və 1 hüquqi və 160 fiziki şəxs olmaqla, 161 investor tərəfindən 35,211,100 ABŞ dolları həcmində 171 sifariş yerləşdirilmişdir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün https://www.pashacapital.az/ saytı və ya 1548 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)





