ABB səhmlərini alanlar məmnun olacaqlar – 6 AYDA 200 MİLYONA YAXIN XALİS MƏNFƏƏT
Nüfuzlu audit şirkəti ABB ilə bağlı təhlil apardı. Bank yarım ildə 200 milyon manata yaxın xalis mənfəət əldə edib."ABB" (“Azərbaycan Beynəlxalq Bankı” ASC) 30 iyun 2024-cü il tarixində cari ilin birinci yarımili üzrə konsolidə edilmiş maliyyə hesabatlarını açıqlayıb. Konsolidə edilmiş və təhlil olunmuş maliyyə hesabatı "ABB"-nin maliyyə nəticələri ilə bərabər, onun törəmə şirkətlərinin - "ABB-Moskva" Bankının, "ABB-GEO" QSC-nin, "Azərikard" MMC-nin, "Beynəlxalq Lizinq Şirkəti" MMC-nin və "ABB-İnvest İnvestisiya Şirkəti” QSC-nin (birlikdə Qrup) maliyyə göstəricilərini də əks etdirir. Qeyd edək ki, ABB qrupunun 6 aylıq nəticələrini qlobal audit, konsaltinq, vergi və əməliyyat xidmətləri şirkəti olan EY təhlil edib.
Marja.az hesabatlara istinadən xəbər verir ki, ABB Qrupunun xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 597 manat və ya 20,6% artaraq 196 milyon 801 min manat təşkil edib. Bank 2023-cü ilin ilk 6 ayında 163 milyon 204 min manat xalis mənfəət əldə etmişdi.
GƏLİRLƏRİ ARTIB
ABB Qrupunun 2024-cü ilin ilk 6 ayında cəmi faiz gəlirləri 89 milyon 972 min manat və ya 24,2% artaraq 461 milyon 447 min manat, haqq və xalis komissiya gəlirləri isə 11 milyon 947 min manat və ya 17% artaraq 80 milyon 896 min manat təşkil edib.
Müqayisə olunan dövrdə ABB-nin müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 105 milyon 282 min manat və ya 48,8% artaraq 320 milyon 907 min manat təşkil edib.
ABB Qrupunun 2024-cü ilin ilk 6 ayında qiymətli kağızlara investisiyalardan gəliri 9 milyon 887 min manat və ya 19,9% artaraq 59 milyon 493 min manat təşkil edib. Ötən ilin ilk 6 ayında Bankın qiymətli kağızlara investisiyalardan gəliri 49 milyon 606 min manat olmuşdu.
ABB-nin 2024-cü ilin yanvar-iyun dövründə əməliyyat mənfəəti 247 milyon 116 min manat, mənfəət vergisi xərci 50 milyon 315 min manat təşkil edib. Bank keçən ilin eyni dövründə 204 milyon 692 min manat əməliyyat mənfəəti əldə etmiş və 41 milyon 488 min manat mənfəət vergisi hesablanmışdı.
BÖYÜKLÜYÜ 14 MİLYARD MANATA YAXINLAŞIB
ABB Qrupu 30 iyun 2024-cü il tarixində 13 milyard 684 milyon 768 min manat cəmi aktivlərə malik olub. Qrup ötən ilin sonunda 13 milyard 929 milyon 329 min manat cəmi aktivlərə malik idi.
KREDİT PORTFELİ 5,7 MİLYARD MANATA YAXINLAŞIB
ABB Qrupu tərəfindən müştərilərə verilmiş kreditlər ötən ilin sonu ilə müqayisədə 756 milyon 432 min manat və ya 15,4% artaraq 30 iyun 2024-cü il tarixində 5 milyard 666 milyon 435 min manata çatıb.
QİYMƏTLİ KAĞIZLARA YATIRIMLARINI KƏSKİN ARTIRIB
ABB Qrupunun 2024-cü ilin ilk 6 ayında qiymətli kağızlara investisiyaları 665 milyon 923 min manat və ya 32,4% artaraq 2 milyard 718 milyon 192 min manata yüksəlib.
MÜŞTƏRİ HESABLARINDA 10 MİLYARD MANATA YAXIN VƏSAİT VAR
30 iyun 2024-cü il tarixində ABB-dəki müştəri hesablarında vəsaitlər 9 milyard 536 milyon 42 min manat təşkil edib.
Xəbər verdiyimiz kimi, 24 sentyabr 2024-cü il tarixində ABB-nin yeni səhmlərinin yerləşdirilməsi yekunlaşdırıb. ABB səhmlərinə 33 mindən çox investor 50 min ədədə yaxın sifariş yerləşdirib və bütün sifarişlər icra olunub. Beləliklə, ABB-nin səhmdarlarının sayı 1,794 nəfərdən 35 105 nəfərə qədər artıb. Səhmlərin yerləşdirilməsindən sonra Bankda özəl səhmdar payı 7,8%-ə qədər artıb, dövlətə məxsus pay isə 92,2%-ə düşüb.
ABB 2023-cü ilin mənfəətindən 2024-cü ildə səhmdarlarına 185 milyon manat dividend ödəyib. 2023-cü ildə səhmdarlara ödənilən dividend isə 156,6 milyon manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 d. əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 30 d. əvvəl
-
47 d. əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
1 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 1 saat əvvəl
-
2 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
2 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
2 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma







.jpg)







.jpg)








