“Azexport” portalı Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır.
Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, bu əməkdaşlığın qurulması Azərbaycan mallarının, xüsusən aqrar sənaye məhsullarının Çin, Tayvan və Avropa ölkələrinə ixracının artırılmasında əhəmiyyətli rol oynayacaq.
Belə ki, sadalanan ölkələrə qida və kənd təsərrüfatı məhsullarının ixracına dair sərt tələblər və sertifikatlaşdırma normaları tətbiq olunur. “STC” şirkətinin bu ölkələrdə mövcud təcrübəsindən faydalanaraq Azərbaycan məhsullarının ixrac coğrafiyasını daha da genişləndirmək imkanı əldə etmək mümkündür.
Şirkətin idarə heyətinin üzvü Leva Lace bildirib ki, təmsil etdiyi qurumun təlim mərkəzi Azərbaycanda yerləşən istehsal müəssisələrinə, fermerlərə, loqistika şirkətlərinə təlim, seminar və vebinarların təşkilində dəstək göstərməyə hazırdır. Artıq bu istiqamətdə birgə fəaliyyətin təşkilinə dair “Azexport” portalı ilə ilkin razılıq əldə olunub.
Qeyd edək ki, “Azexport” portalı ilə Latviyanın “STC” şirkətinin əməkdaşlığı çərçivəsində Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsullarına, həmçinin istehsal avadanlıqlarına müvafiq sertifikatların təmin edilməsində dəstəyin göstərilməsi nəzərdə tutulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)
















