“Orbital Engineering” şirkətil müqavilə imzalanıb - “Culfa”da transformatorlar quraşdırılır
“Culfa” yarımstansiyasına yeni güc transformatorları alınıbNaxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Dövlət Energetika Xidməti tərəfindən elektrik yarımstansiyalarının yenidən qurulması istiqamətində işlər davam etdirilir.
Ötən əsrin 90-cı illərinin sonunda qurulan, qurğu və avadanlıqları uzun müddətdir istismar olunan sistem əhəmiyyətli 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyasının qidalandırıcı yüksəkgərginlikli elektrik xətlərinin yaşayış sahələrindən çıxarılması məqsədilə yerini dəyişdirməklə yenidən tikilib-quraşdırılması işləri aparılır.
Yarımstansiya üçün yeni 2 ədəd 110/35/10 kV-luq, 16 MVA gücündə transformatorun alınması məqsədilə dövlət satınalma müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi “Orbital Engineering” MMC ilə satınalma müqaviləsi imzalanıb. Müqaviləyə uyğun olaraq alınacaq 2 ədəd güc transformatorundan 1 ədədi muxtar respublikaya gətirilib və yarımstansiyada quraşdırılması işləri aparılır.
Yaxın zamanlarda digər güc transformatoru da muxtar respublikaya gətiriləcək. Tikinti-quraşdırılması davam etdiriləcək 36 MVt gücündə “Ordubad” Su Elektrik Stansiyasından 87 MVt gücündə Naxçıvan Modul Elektrik Stansiyasına çəkiləcək iki dövrəli 110 kV-luq hava elektrik verilişi xəttinin bir dövrəsinin yarımstansiyaya birləşdirilməsi də nəzərdə tutulur. Yarımstansiya Culfa şəhərində və rayonun Yaycı, Dizə kəndlərində istehlakçıların keyfiyyətli elektrik enerjisi tələbatını ödəməklə yanaşı, elektrik enerjisinin texniki itkilərini azaltmaqda mühüm rol oynayacaq. Sadalanan bölgələri qidalandıran mövcud 10 kV-luq elektrik xətti yeni yarımstansiyadan qidalandıralacaq 35 kV-luq gərginlik pilləsinə keçiriləcəkdir. Həmçinin, yeni yarımstansiyaya mövcud İran İslam Respublikası ilə 132 kV-luq “Culfa-Culfa” hava elektrik verilişi xətti qoşulacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)






.jpg)






