Qlobal bazarlarda son vəziyyət
ABŞ dolların mümkün ucuzlaşma ehtimalları fonunda major valyutaların dollar qarşısında yüksəldiyi, davam edən geosiyasi risklərin qızılı bahalaşdırdığı bir həftədən sonra, cari həftədə diqqətlər mərkəzi banklara yönələcək. Beləki, Türkiyə, Yaponiya və İngiltərə Mərkəzi Banklarının, ABŞ Federal Ehtiyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin faiz qərarları birjalarda tendensiyaların əsas istiqamətləndirici gücü ola bilər.
Zəngin iqtisadi təqvim ilə xarakterizə edilə biləcək bu həftə ərzində, Avrozonada, İngiltərədə və Yaponiyada İstehlak Qiymətləri İndeksi, Almaniyada, İsveçrədə İstehsal Qiymətləri İndeksi göstəriciləri, Avrozonada və Almaniyada ZEW Cari Vəziyyət və İqtisadi Həssaslıq İndeksləri, Amerikada Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi göstəriciləri, həmçinin, Avropa Mərkəzi Bankının sədri K.Laqardın və Kanada Mərkəzi Bankının sədri Maklemin çıxışları investorların diqqət mərkəzində olacaq.
EUR
Cari həftə ərzində Avrozonada İstehlak Qiymətləri İndeksi, ZEW İqtisadi Həssaslıq İndeksi, Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada İstehsal Qiymətləri İndeksi, eləcə də ZEW Cari Vəziyyət və İqtisadi Həssaslıq İndeksləri, həmçinin AMB sədri K.Laqardın çıxışı avronunu dünya birjalarındakı qiymətlərinə yön verə bilər.
Ötən həftəyə 1.1080 səviyyəsində start verən EURUSD məzənnəsi ucuzlaşaraq 1.1000 həddini test etsə də, buradan dəstək taparaq bahalaşdı və həftəlik şamını 1.1070 həddində bağladı.
“Buğalar” qiyməti 1.11$ həddinin üzərinə qaytara və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Cari həftənin cümə axşamı günü İngitərə Mərkəzi Bankının (BoE) faiz qərarı və bank sədri Endryu Beylinin çıxışı GBPUSD məzənnəsində tendensiyanın gedişində həll edici rol oynaya bilər. Qeyd edək ki, BoE-nin uçot faiz dərəcəsini dəyişməyəcəyi ehtimal olunur.
Ötən həftəyə 1.3110 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.30$ həddinə kimi ucuzlaşsa da, buradan dəstək görərək bahalaşdı və həftəlik şamını 1.3120 səviyyəsində tamamladı.
OİLUK
Ardıcıl 4 həftə ucuzlaşan “Brent” nefti (OİLUK) ötən həftəyə 72.40$ səviyyəsində başlasa da, eniş tendensiyasını davam etdirdi və 69.40$ həddini test etdi. Lakin, Amerika sahillərində baş verən qasırğanın hasilatın azlamasına səbəb olacağına dair qorxular fonunda bahalaşdı və həftəni 72.70$-da başa vurdu.
OİLUK-də “buğalar” qiyməti 75$-ın üzərinə qaytara və burada saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
XAU/USD
Ötən həftəyə 2497$ səviyyəsindən başlayan və 2486$-a kimi ucuzlaşan qızıl, FED-in faiz endirimi ehtimalları fonunda kəskin bahalaşdı və 2586$-a kimi yüksəldi. “Buğalar” qiyməti 2570$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter ala bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
12 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
15 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
16 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























