İndi BMW Almaniyanın avtomobil sənayesini silkələyir
Volkswagen-in Almaniyadakı zavodlarını bağlamağı düşündüyü barədə xəbərlərin səs-küyü hələ də davam edərkən, indi də BMW 2024-cü il üçün gəlirlilik proqnozunu azaltdığını və avtomobillərinin çatdırılmasında fasilələrə səbəb olan texniki problemlərin olduğunu açıqlayıb.Avtomobil istehsalçısı Volkswagen-in qənaət və xərclərin azaldılması tədbirləri çərçivəsində tarixində ilk dəfə olaraq Almaniyadakı zavodlarını bağlamaq qərarı Almaniyanın avtomobil sənayesində “zəlzələ” təsiri yaradıb.
Marja xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı BMW də yeni məlumat yayıb.
Məlumata görə, BMW AG, tədarükçüsü Continental AG-nin 1,5 milyon avtomobilin geri çağırılmasına və çatdırılmasının dayandırılmasına səbəb olan nasaz əyləc sisteminə görə bu il üçün mənfəət marjasını azaldıb.
BMW bildirib ki, avtomobil istehsalçısı indi bir il əvvəllə müqayisədə xeyli aşağı gəlir nəzərdə tutur və avtomobil istehsalı üzrə əməliyyat marjasının 6 faiz olacağını təxmin edir. Şirkətin əvvəlki mənfəət marjası 8-10 faiz aralığında idi.
Bəyanatın ardınca BMW-nin səhmləri 7,7 faiz, Continental-ın səhmləri isə təxminən 7,5 faiz ucuzlaşıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
2 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
4 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək


























