Telegram, sahibinin saxlanılmasına münasibət bildirib
Telegram və ya onun sahibinin “platformada sui-istifadələrə” görə məsuliyyət daşıdığı iddiaları absurddur.
Marja.az xəbər verir ki, bu barədə "Telegram"ın yaydığı açıqlamada bildirilir.
"Telegram Avropa İttifaqı qanunlarına, o cümlədən Rəqəmsal Xidmətlər Qanununa əməl edir - onun moderasiyası sənaye standartlarına cavab verir və daim təkmilləşdirilir. Telegram-ın baş direktoru Pavel Durovun gizlədə biləcəyi heç nə yoxdur və o, tez-tez Avropanı gəzir. Platformanın və ya onun sahibinin həmin platformadakı sui-istifadələrə görə məsuliyyət daşıdığını iddia etmək absurddur" , - məlumatda qeyd olunub.
Telegram kanalı əlavə edib ki, bütün dünyada təxminın 1 milyard istifadəçi Telegram-dan ünsiyyət vasitəsi və mühüm məlumat mənbəyi kimi istifadə edir. Messencer komandası mövcud vəziyyətin tezliklə həllini gözləyir.
Telegram-ın yaradıcısı Pavel Durov saxlanılıb
Telegram mesajlaşma proqramının təsisçisi və baş direktoru Pavel Durov Azərbaycandan havaya qalxan şəxsi təyyarəsi ilə getdiyi Fransada saxlanılıb. Fransanın TF1 televiziyasının məlumatına görə, o, Burje hava limanında saxlanılıb.
Bildirilir ki, 39 yaşlı milyarder, "Telegram-dan cinayət məqsədi ilə istifadənin qarşısını almaq üçün zəruri addımları atmadığına görə" saxlanılıb.
Durov barəsində Fransada həbs qərarı olduğu da iddia edilib.
Bildirilib ki, Durovu daşıyan şəxsi təyyarə Azərbaycandan havaya qalxıb.
Pavel Durov kimdir?
Rusiyanın məşhur sosial media saytı VK-nın da qurucusu olan Durov 2014-cü ildə Rusiyanı tərk edib.
Fransa, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, St. Kitts and Nevis vətəndaşlığı olan Durovun sərvətinin təxminən 15 milyard dollar olduğu təxmin edilir.
Dünyanın məşhur ani mesajlaşma və sosial media proqramlarından biri olan Telegram-ın aktiv istifadəçilərinin sayı 1 milyard nəfərə yaxındır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)








.jpg)








