“SİMA İmza” ilə olduğun yerdən mikrokredit əldə et!
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməkdə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Kredaqro” BOKT olub.
Artıq təcili kreditə ehtiyacı olan vətəndaşlar “Kredaqro” mobil tətbiqi üzərindən onlayn kredit müraciəti göndərə və müqaviləni “SİMA İmza” ilə imzalaya bilərlər. Bunun üçün əvvəlcə tətbiqdə qeydiyyatdan keçmək, daha sonra onlayn şəkildə kredit müraciəti göndərmək lazımdır. Müraciət bir neçə dəqiqə ərzində araşdırılacaq və təsdiqləndiyi halda müştəriyə onlayn şəkildə imzalaması üçün sənədlər təqdim olunacaq. Müştəri həmin sənədləri SİMA yeni nəsil rəqəmsal imza ilə onlayn şəkildə imzalamaqla vəsaiti özünə məxsus istənilən bank kartına köçürəcək. Bununla da vətəndaşlar heç yerə getmədən kredit əldə etmiş olacaqlar.
Qeyd edək ki, “Kredaqro” tətbiqindəki onlayn kredit müraciəti yalnız 500 manata qədər olan mikrokreditlərə şamil edilir. Sistem 24/7 rejimdə işlədiyindən vətəndaşlar günün istənilən saatında tətbiq üzərindən “SİMA İmza” vasitəsilə kredit müraciəti göndərə bilərlər.
SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






