"Xalq Bank" 2024-cü ilin ilk 6 ayını xalis mənfəət ilə başa vurub
"Xalq Bank" ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 34 milyon 3 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 37 milyon 914 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalamsı ehtiyata ayırma və ödənilmiş mənfəət vergisi məbləğinin artması ilə əlaqədardır. Hesabat dövründə "Xalq Bank"ın gəlirləri və əməliyyat mənfəəti artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində “Xalq Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 24 milyon 447 min manat və ya 28,2% artaraq 111 milyon 16 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 19 milyon 709 min manat və ya 40,5% artaraq 68 milyon 310 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 4 milyon 738 min manat artaraq 42 milyon 706 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 37 milyon 968 min manat).
Həmçinin, ilk 6 ayda “Xalq Bank” əməliyyat mənfəətindən 1 milyon 134 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırıb. Nəticədə, mənfəət vergisi ödənilənədək mənfəəti 41 milyon 597 min manat olub.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin eyni dövründə ehtiyatdan azad olmuş 2 milyon 592 min manat Bankın mənfəətinə əlavə olunmuşdu və mənfəət vergisi ödənilənədək mənfəəti 41 milyon 570 min manat təşkil etmişdi.
Eyni zamanda, mənfəətdən ödənilən verginin məbləği 2023-cü ilin ilk 6 ayında 3 milyon 684 min manat ikən, 2024-cü ilin ilk 6 ayında 7 milyon 567 min manata yüksəlib.
KREDİT PORTFELİ BÖYÜYÜB
31 İyun 2024-cü il tarixində, “Xalq Bank” ASC 3 milyard 95 milyon manat cəmi aktivlərə malik olub (ötən ilin sonunda 3 milyard 82 milyon 548 min manat).
2024-cü ilin yanvar-iyun dövründə, ötən ilin sonu ilə müqayisədə “Xalq Bank”ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 64 milyon 273 min manat və ya 3,5% artaraq 1 milyard 891 milyon 237 min manata çatıb.
2024-cü ilin ilk 6 ayı ərzində “Xalq Bank”da cəmi depozitlər 56 milyon 156 min manat və ya 2,5% azalaraq 2 milyard 164 milyon 815 min manat təşkil edib.
30 İyun 2024-cü il tarixində “Xalq Bank” 479 milyon 93 min manat cəmi kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
1 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
1 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb






.jpg)
.jpg)






.jpg)









