Səudiyyəli turistlər üçün Azərbaycana uçuşlar 31 %-dən çox ucuzlaşıb
Səudiyyə Ərəbistandan Azərbaycana gələn səyahətçilər üçün aviabiletlər bu yay ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % ucuzlaşıb.
Bu barədə səyahət üzrə metaaxtarış mühərriki olan “Wego” platforması məlumat yayıb.
Bildirilib ki, bu il bir çox məşhur Avropa istiqamətlərinə də səudiyyəli turistlər üçün səyahət qiymətləri aşağı enib. Ən böyük endirim Böyük Britaniyaya uçuşlar üçün 22,5 % səviyyəsində olub.
Məlumata görə, səudiyyəli turistlər rahatlığı üstün tuturlar və Avropadakı hotel rezervasiyalarının 66,6 %-ni 4 və 5 ulduzlu hotellər təşkil edir. Bu hotel seçimləri keçən ildən bəri əhəmiyyətli dərəcədə dəyişməyib.
Səudiyyəli səyahətçilərin Avropa ölkələri arasında ən çox seçilən məkan Böyük Britaniyadır və bu, bütün Avropa üzrə rezervasiyaların 18,3 %-ni təşkil edir. Böyük Britaniyanın ardınca Gürcüstan gəlir və ümumi rezervasiyaların 14,9 %-ni təşkil edir.
"Wego"nun Biznes İnkişafı üzrə baş direktoru Mamoun Hmedan bildirib ki, Səudiyyə Ərəbistanından Avropaya yay tətili üçün edilən səyahət axtarışları, bu ilin əvvəlki aylarına nisbətən 2 dəfədən çox artıb: “Yay səyahət mövsümü hələ də davam edir və Böyük Britaniya ilə Gürcüstan arasında rezervasiya payları üçün yenidən sıx bir rəqabət yaşana bilər. Keçən yay, Böyük Britaniya və Gürcüstan, səudiyyəli turistlər üçün ən çox tələb olunan yay Avropa istiqamətləri sırasında təxminən 1 % fərqlə eyni səviyyədə idi. "Wego"nun bu il səudiyyəli səyahətçilər tərəfindən ən çox axtarılan Avropa istiqamətləri arasında İtaliya, Almaniya və İspaniya kimi məşhur məkanlarla yanaşı, bir neçə Şərqi Avropa ölkəsi də yer alır. Bosniya və Herseqovina, Polşa, Avstriya, həmçinin Azərbaycan, bu bölgədən böyük maraq görən ölkələr arasındadır".
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)







