MMF2024-ün üçüncü gününün spikerləri bəlli oldu!
“Bilik təcrübədə tamamlanır” şüarı ilə bu il IX dəfə keçiriləcək Milli Marketinq Forumu 28, 29 və 30 iyun tarixlərində “Baku Marriott Hotel Boulevard”da keçiriləcək.
“Facemark” və “Fil Agency” şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək forum 9 paneldən ibarət olacaq. 500-dən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbir ölkəmizdə marketinq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
28 iyun online, 29, 30 iyun tarixlərində offline davam edəcək tədbirin üçüncü günü “Yeni media və PR” paneli ilə başlayacaq. “İrşad Electronics”in marketinq departamentinin rəhbəri Şəbnəm Hümbətovanın moderatorluğu ilə baş tutacaq paneldə “Biznes mərkəzi” verilişinin layihə rəhbəri və aparıcısı Rüfət Nadirli, “YelloAd” şirkətinin təsisçisi Namiq Bayramov, “OBA Marketlər Şəbəkəsi”nin marketinq kommunikasiyaları şöbə müdiri Aynur Qaraqurbanlı, “Aztelekom” və “Baktelekom”un korporativ əlaqələr sektorunun rəhbəri Səfər Aslanov öz təcrübələrini paylaşacaq.
“Satış və Ticari Marketinq” paneli “Readit.az” təsisçisi Elmir Kərimlinin moderatorluğu ilə keçiriləcək. “Avrora” şirkətinin marketinq meneceri Elşən Əmirov, “Metric Analytics” şirkətinin təsisçisi Rövşən Nadirov, “Oba Marketlər Şəbəkəsi”nin trade marketinq üzrə şöbə müdiri Tərlan Mehmanov, “Aztelekom” MMC-nin B2B şöbə müdiri Elgiz Əliyev, “CEO's Lounge” şirkətinin brend meneceri Burak Kölemen ticari marketinq sahəsi üzrə müzakirələr edəcəklər.
“Rəy liderləri” paneli “İctimai radio”nun direktoru DJ Fatehin moderatorluğu ilə keçiriləcək. Panelin spikerləri – aktyor, ssenarist, prodüser Azər Aydəmir, yazar Aqşin Yenisey, “1/4 Agency”nin CEO və həmtəsisçisi Səma Abiyeva rəqəmsal dünyanın ən son yeniliklərindən danışacaqlar.
Həmçinin Dövlət Məşğulluq Agentliyi Mərkəzi karyera filialının rəhbəri Toğrul Ələkbər, “Planly” şirkətinin təsisçisi Toğrul Səməd, “Gang Full Production House” şirkətinin partneri Özgür Baykut və Sənan Orucov tədbir zamanı keynote spiker qismində təqdimatlarını edəcəklər.
Qeyd edək ki, tədbir 28 iyun online formatda, 29, 30 iyun isə offline formatda keçiriləcəkdir.
Milli Marketinq Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/MilliMarketinqForumu
İnstaqram: https://www.instagram.com/milli_marketinq_forumu
Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur











.jpg)







