Honda 2025-ci ildə mopedlərin istehsalını dayandıracaq
Elektrikli velosipedlərin, skuterlərin və motosikletlərin artması səbəbindən satışlar minimum səviyyədədirHonda 2025-ci ilin noyabrına qədər mühərrik həcmi 50 kub və daha kiçik olan mopedlərin və o cümlədən dünyanın ən çox satılan Super Cub seriyasının istehsalını dayandıracaq.
Marja.az xəbər verir ki, bu barədə Nikkei qəzeti məlumat yayıb.
Bu qərarın səbəbi daha sərt istismar standartları və işlənmiş qaz emissiyası tələblərinin tətbiqidir. Bundan əlavə, elektrik velosipedlərinin, skuterlərin və motosikletlərin geniş yayılması səbəbindən belə mopedlərin satışı indi minimum səviyyədədir.
Hazırda Honda 50 cc və daha az mühərrik həcmi olan 15 model moped istehsal edir.
Daha səmərəli katalizatorların tətbiqi bu kateqoriyalı mopedlərin qiymətlərini demək olar ki, iki dəfə bahalaşdıracaq və onları mühərrik həcmi 50-125 kub kubmetr olan modellərlə bərabər tutacaq. Honda mopedlərinin qiymətləri 156-300 min yen arasında dəyişir (indiki məzənnə ilə təxminən 1-2 min dollar).
Honda ilk Super Cub-u 1958-ci ildə buraxıb. O vaxtdan bəri, bu mopedlərdən təxminən 110 milyon ədəd istehsal edilmiş və satılmışdır ki, bu da onu dünyanın ən çox satılan mopedi edir. Bu model Yaponiyada sürətli iqtisadi artım dövründə ən vacib vasitələrdən birinə çevrilib. Bu gün də xüsusilə çatdırılma xidmətləri, qəzet çatdıran şəxslər və poçtalyonlar tərəfindən geniş istifadə olunur.
İllik Super Cub satışları 1982-ci ildə təxminən 2,7 milyona çatmış, lakin sonra tələb azalmağa başlamışdır. 2023-cü ildə Honda bu modeldən 93 min ədəd satıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























