Verilən xüsusi icazələrin sayı açıqlanıb
2024-cü ilin aprel-may aylarında 53 hüquqi və fiziki şəxs tərəfindən ixrac (idxal) nəzarətinə düşən 10 395 ədəd müxtəlif markalı və modelli avadanlıqlara xüsusi icazə verilməsi üçün müraciət daxil olub.
İnformasiya kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) yaydığı məlumatda bildirilir ki, qanunauyğun olaraq həmin müraciətlər üzrə 10 325 ədəd avadanlığın gömrük rəsmiləşdirilməsinə icazə sənədi verilib.
Eyni zamanda 64 ədəd avadanlıq üzrə edilən müraciətlərdə təqdim edilən sənədlər düzgün tərtib edilmədiyindən düzəliş edilərək yenidən müraciət edilməsi üçün geri qaytarılıb.
Həmçinin 6 ədəd avadanlıq üçün edilən 5 müraciət qanunauyğun olaraq aidiyyəti üzrə baxılma mərhələsindədir.
Qeyd edilən dövrdə hüquqi və fiziki şəxslər tərəfindən 16 adda 364 ədəd avadanlığın mülki dövriyyəsinə xüsusi icazələrin alınması, o cümlədən onlara verilmiş icazələrin ləğvi üçün müraciətlər edilib. Onlardan 349 ədəd avadanlıq üçün edilən müraciətə müsbət cavab verilib, 9 ədəd avadanlığın mülki dövriyyəsinə tələb olunan sənədlər düzgün təqdim edilmədiyi üçün qanunamüvafiq olaraq geri qaytarılıb və verilmiş icazənin ləğvi üçün edilən müraciətlər üzrə 4 avadanlığın xüsusi icazəsi ləğv edilib.
Eyni zamanda 1 müraciət üzrə 2 avadanlığın idxalı ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, 2024-cü ilin mart ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən “Radioelektron vasitələrə verilən icazələr” (e-permission.icta.az) sistemi istifadəyə verilib. Onlayn sistemin tətbiqi müraciətlərin daha sürətli və effektiv cavablandırılmasını mümkün edib.
Həmçinin bu ilin yanvar-may ayları ərzində “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.4-cü maddəsinə uyğun olaraq 301 müraciət üzrə lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatların uyğunluğu yerində qiymətləndirilib. Nəticədə 296 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün uyğun şərait olduğu müəyyən edilib və həmin müraciətlərə müsbət cavab verilib. Digər 5 müraciətlə bağlı isə müsbət rəy verilməyib.
Bundan əlavə, ölkədaxili telekommunikasiya kanallarının təşkili üzrə 2, məlumatların ötürülməsi (data) xidmətinin təşkili üzrə 1 müraciətə baxılıb. Ölkədaxili telekommunikasiya kanallarının təşkili üzrə 1, məlumatların ötürülməsi (data) xidmətinin təşkili üzrə 1 müraciətə müsbət rəy verilib. Digər müraciət isə sənədlərin təkmilləşdirilməsi məqsədilə təkrar təkmilləşmə üçün mənfi cavablandırılıb.
Qeyd edək ki, telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici olan İKTA bu sahələrin inkişafı üçün qanunvericilik və nizamnamə çərçivəsində fəaliyyətini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







