“PAŞA Holding” və "Bravo" şəhid ailələrinə bayram sovqatları çatdırır
“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır.(®) “PAŞA Holding” və Bravo supermarketlər şəbəkəsi “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə Qurban Bayramı münasibəti ilə bayram sovqatları çatdırır.
2023-cü ildən etibarən PAŞA Holding 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün sosial dəstək proqram həyata keçirir. Proqram çərçivəsində, Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə şəhid övladı olan ailələrə PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.
Qurban Bayramı münasibəti ilə təqdim edilən sovqatlar iyun ayının əvvəlindən Bravo supermarketlər şəbəkəsi tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin dəstəyi ilə sözügedən şəhid ailələrinə çatdırılmaqdadır. Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.
Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin övladları da əlavə edilib ki, hazırda layihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları, antiterror əməliyyatları zamanı şəhid olan şəxslərin ümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatə edir.
Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələri də daxildir. Belə ki, "PAŞA Holding" və onun törəmə şirkətləri tərəfindən 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olan övladları üçün təşkil olunmuş proqram çərçivəsində onlar genişləndirilmiş sığorta paketi ilə də təmin olunublar ki, bu paket digər xidmətlər ilə yanaşı stomatoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini nəzərdə tutur. Eyni zamanda, proqram çərçivəsində şəhid övladlarına yeni dərs ilində məktəbli ləvazimatlarının təqdim edilməsi də planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















