ABB “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatına layiq görüldü!
Ölkəmizin bank sektorunda ən yaxşı işəgötürən olmağı qarşısına hədəf qoymuş və buna doğru ardıcıl irəliləyən ABB “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) beynəlxalq təşkilatının sertifikatını əldə edib.
Təşkilatın auditorları 3 ay çəkən sertifikasiya prosesində dünya təcrübəsindən irəli gələn 255 norma üzrə dəyərləndirmə aparıblar. Bu təcrübələrin ABB-də mövcudluğu yoxlanıb. Təhlillər iş mühiti, istedadların cəlbi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah, inkişaf və s. kimi istiqamətləri əhatə edib.
ABB-nin müvafiq meyarları 88% yerinə yetirdiyi müəyyənləşib və Bank “Ən yaxşı işəgötürən” sertifikatına layiq görülüb. Qeyd edək ki, bu beynəlxalq sertifikatın əldə olunması üçün minimal normativ tələb 60%-dir. Dünya təcrübəsinə əsasən, sözügedən sertifikatı alan şirkətlərin ortalama nəticəsi 85%-dir. Göründüyü kimi, ABB bu sahədə də mövcud dünya təcrübəsindən daha üstün nəticə göstərib. Beləliklə, fəaliyyətində ən yaxşı beynəlxalq insan resursları təcrübələrini tətbiq etdiyini, əməkdaşları üçün layiqli iş şəraiti yaratdığını bir daha nümayiş etdirib.
Top Employers Institute indiyə qədər 121 ölkə və regionda 2300-dən çox təşkilatın sertifikatlaşdırılmasını aparıb. Qurumun həyata keçirdiyi sertifikasiya prosesləri qlobal miqyasda 12 milyondan çox işçinin həyatına müsbət təsir göstərməkdədir. “Ən yaxşı işəgötürən” sertifikatını əldə etmiş şirkətlər sırasında BP, Coca-Cola, HSBC, Unicredit, BMW, Puma, Pepsico, Toyota, Walmart, Philip Morris İnternational, Ferrari, Mercedes, Marriot İnternational, Bosh, HUAWEI, Vodafone, EY kimi dünya brendləri də var.
“Top Employers Institute” təşkilatı haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)









