Azərbaycanda 3 ulduzlu hotellərdə orta qiymət 5 % azalıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 3 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 121,1 manat təşkil edib.
Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 % azdır.
Hesabat dövründə ən yüksək qiymət 170 manat olmaqla Abşeronda qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 60,9 % çoxdur.
İkinci yerdə 146,3 manat olmaqla Qəbələ qərarlaşıb. Bu, illik müqayisədə 47,3 % çoxdur.
3 ulduzlu hotellər arasında üçüncü yeri isə 127,9 manat olmaqla Bakı tutub. Paytaxtda orta qiymət 3,3 % azalıb.
Şamaxıda 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün 115 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Qusarda 112,5 manata (+ 34,2 %), Astarada 104,1 manata (+ 25 %), Lənkəranda 84,9 manata (-13 %), Qaxda 72 manata (-26,1 %), İsmayıllıda 70,3 manata (+40 %), Şəkidə 68,2 manata (-46,7 %), Sumqayıtda 64,8 manata (- 51,5 %), Mingəçevir və Naftalanda 50 manata ( hər iki rayonda ötən ilin eyni dövründə 3 ulduzlu hotel olmayıb), Oğuzda isə 40 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb) başa gəlib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)







