Azərbaycan Sement İstehsalçıları Assosiasiyası Banqkokda keçirilən GCCA 2024 konfransında yer alıb
(®) Dünyanın aparıcı sement və beton istehsalı şirkətlərinin rəhbərləri və qlobal liderlər “Xalis sıfır emissiya” ilə gələcəyə doğru birgə təşəbbüslərin müzakirəsi üçün 3-7 iyun tarixləri arasında Banqkokda keçirilən Qlobal Sement və Beton Assosiasiyası 2024 konfransında bir araya gəliblər. Tədbirdə həmçinin bir sıra ölkələrin dövlət rəsmiləri də iştirak edərək, dayanıqlı inkişaf öhdəlikləri barədə çıxışlar ediblər. Tədbirin proqramına Qlobal Sement və Beton Assosiasiyasının üzvlərinin assosiasiyanın “2050 Xalis Sıfır Yol Xəritəsi” ilə uyğunlaşdırılmış xalis sıfır missiyalarının həyata keçirilməsinə dair strateji müzakirələri də daxil edilib.
Azərbaycan Sement İstehsalçıları Assosiasiyası tədbirdə təmsil olunub və assosiasiyanın innovativ Xalis Sıfır Sürətləndirici layihəsinin təqdimatı keçirilib. Layihə Azərbaycanın sement və beton sənayesinin karbonsuzlaşdırılmasını nəzərdə tutur və MDB dövlətləri arasında ölkəni sement və beton sektorunda dayanıqlı inkişaf lideri olaraq mövqeləndirməyi hədəfləyir.
Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Baş Assambleyasının sədri cənab Henninq Sasse çıxışında bildirib: “Azərbaycan MDB ölkələri arasında sement və beton sənayesində Xalis Sıfır Sürətləndirici təşəbbüsünü həyata keçirən ilk ölkədir. Assosiasiyanın bu təşəbbüsünü Qlobal Sement və Beton Assosiasiyası 2024 Liderlər konfransında fəxrlə təqdim edirəm”.
“Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının belə müsbət töhfəsi təqdirəlayiqdir. Azərbaycanın sement sənayesinin konfransımızda təqdim olunan bu tərəqqisini alqışlayır və xalis sıfır emissiya ilə gələcək hədəfləyən qlobal sənayenin bir hissəsi kimi onun rolunu əhəmiyyətli hesab edirik. COP29-a doğru, bu yolda birgə və fəal əməkdaşlıq böyük əhəmiyyət kəsb edəcək”, - GCCA-nın baş direktoru Tomas Giyo bildirib.
Xalis Sıfır Sürətləndirici təşəbbüsü Azərbaycanın sement istehsalçıları – “Norm” ASC, Holcim Azərbaycan ASC, Arkoz Sement və Reges Sement tərəfindən 6-7 may, 2024-cü ildə keçirilən tədbirdə irəli sürülüb. CO2 emissiyalarının azaldılmasının bütün dəyər zənciri boyunca aparılması, eləcə də bu sahədə qanunvericilik və tənzimləmələrə nail olunmasına dair beton istehsalçıları, inşaat şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə müzakirələr aparılıb. Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının Xalis Sıfır Yol Xəritəsi dövlət siyasəti rəhbər tutulmaqla və Avropa Sement Tədqiqatı Akademiyası ilə Qlobal Sement və Beton Assosiasiyasının elmi-praktiki təcrübəsindən istifadə olunmaqla hazırlanacaq.
Azərbaycan Sement Assosiasiyası haqda:
Azərbaycan Sement İstehsalçıları Assosiasiyası ölkənin sement və beton sənayesində dayanıqlı təcrübələrin və innovasiyaların tətbiqini təşviq edir. Üzvlərinin birgə səyi və strateji təşəbbüsləri ilə assosiasiya CO2 emissiyalarında əhəmiyyətli azalmalara nail olmağı və sənayeni xalis sıfır emissiya ilə gələcəyə doğru aparmağı hədəfləyir.
Qlobal Sement və Beton Assosiasiyası (GCCA) haqda:
Qlobal Sement və Beton Assosiasiyası və onun üzvləri Çindən kənarda qlobal sement istehsalı potensialının 80%-ni, eləcə də artan Çin istehsalçılarını əhatə edir. Üzv şirkətlər assosiasiyanın “Betonun Gələcəyi: 2050 Xalis Sıfır Yol Xəritəsi”ni (bu cür təfərrüatlı plan hazırlayan ilk ağır sənaye) izləməklə, hazırda qlobal miqyasda təxminən 7% təşkil edən, betonda CO2 emissiyalarının azaldılmasına və sonda aradan qaldırılmasına dair öhdəlik götürüblər. Birlikdə, GCCA sənaye və dünya üçün parlaq, möhkəm və dayanıqlı beton gələcəyi qurmağı hədəfləyir.
İyunun 3-dən 7-dək Banqkokda GCCA üzvlərinin CEO-larının və Liderlərinin Konfransı keçirilib. Ətraflı məlumat buradadır.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 23 saat sonra
-
4 d. əvvəl
Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışı oldu
- 16 d. əvvəl
-
23 d. əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azad olunan ərazilərdə MMC statuslu vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi yaradılacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
SOCAR 225 milyon dollara Türkiyədə yeni obyekt alır
Prezident Kərkicahan sakinlərlə görüşüb
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
Ən çox oxunanlar
Dekabrın 24-də gözlənilən hava şəraiti
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
Azad olunan ərazilərdə MMC statuslu vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi yaradılacaq
Pulu dollarda olanların nəzərinə - İRİ DÖVLƏT ŞİRKƏTİ İLLİK 7 FAİZ GƏLİR TƏKLİF EDİR
Su Kanal İdarəsinin kollektorları və sahə rəisi "kollektorda ölüm" işinə cəlb ediliblər
424 min 437 KOB subyektlərində 418 min nəfər çalışır
"Qızılın və gümüşün bahalaşması yenidən sürətlənəcək, qızıl 5000 dolları, gümüş isə 75 dolları keçəcək"














