Neft satıb, yemək və dərman alırıq
Azərbaycanın xarici ticarət dövriyyəsi mənfi tendensiya göstərir. "Marja" xəbər verir ki, Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyulda bu göstərici 10 milyard 522 milyon 54,35 min dollar (ixrac 6 milyard 152 milyon 362,04 min dollar, idxal 4 milyard 369 milyon 692,31 min dolla) olub. İxrac ötən ilin eyni dövrünə nisbətən 6,1%, idxal 8,2% azalıb. Ümumi azalma 6,9% təşkil edir.
Sənaye və istehlakçılar haradan, nə alıblar? DGK-nın məlumatına görə, idxal əsasən ərzaq (idxalın 17,13%-i), maşın, mexanizm, elektrik cihazları, onların avadanlıq və ehtiyat hissələri (idxalın 21,82%-i), nəqliyyat vasitələri və ehtiyat hissələrindən (idxalın 10,89%-i) ibarətdir. Siyahıya həm də tütün və tütün məmulatı (2,01%), əczaçılıq məhsulları (2,27%), plastmas və məmulatı (3,63%), taxta-şalban (2,55%), qara metal və məmulatı (9,49%) və s 29,06% daxildir. Əsas tədarükçülər RF, Türkiyə, Çin, ABŞ və Almaniyadır.
Azərbaycan 2017-ci ilin 7 ayı ərzində 4 milyard 429 milyon 770 min manatlıq xam neft ixrac edib. Bu, məbləğ 2016-cı ilin eyni dövrü ilə müqayisədə 20% azdır. Xam neft Azərbaycanın ixracının 72%-ni təşkil edib.
Azərbaycanın ikinci ən çox satdığı məhsul təbbi qaz (669 milyon dolar), üçüncü isə meyvə - tərəvəzdir (253,7 milyon dollar).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







