Mərkəzi Bank 2023-cü ilə dair maliyyə göstəricilərini açıqladı
Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatları açıqlanıb.
Hesabata əsasən cari ilin yanvar ayının 1-nə AMB-nin aktivləri 34 milyard 793 milyon 463 min manat təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 12,74 % yüksəkdir.
AMB-nin aktivlərinin 27 milyard 46 milyon 827 min manatını borc qiymətli kağızları (illik müqayisədə 22,8 % çox), 5 milyard 629 milyon 471 min manatını pul vəsaitləri və onların ekvivalentləri (14,5 % az) təşkil edib. Bu dövrdə Beynəlxalq Valyuta Fondu (BVF) ilə hesablaşmalar cüzi artaraq 1 milyard 208 milyon 132 min manata, banklara verilmiş kreditlərin balans dəyəri isə 74,8 % azalaraq 72 milyon 951 min manata düşüb.
2023-cü ildə AMB-nin öhdəlikləri 11,2 % artaraq 33 milyard 239 milyon 248 min manat təşkil edib. Dövriyyədə olan əsginasların və sikkələrin həcmi 17,7 % artaraq 17 milyard 318 milyon 195 min manata çatıb. AMB-nin kredit təşkilatları qarşısında öhdəlikləri 5,7 % artaraq 6 milyard 521 milyon 107 min manat, hökumət idarələri qarşısında öhdəlikləri 12,2 % azalaraq 3 milyard 759milyon 175 min manat, BVF ilə əməliyyatlar üzrə öhdəlikləri isə cüzi artaraq 1 milyard 211 milyon 857 min manat olub.
İl ərzində qurumun balans kapitalı 1,6 dəfə artaraq 1 milyard 554 milyon 215 min manata çatıb. Nizamnamə kapitalı isə 500 milyon manat rəqəmində dəyişməz olaraq qalıb. Beləliklə, AMB 2023-cü ili 349 milyon 113 min manat xalis mənfəətlə başa vurub (əvvəlki il zərərlə nəticələnmişdir).
Ötən il AMB-nin faiz gəlirləri 515 milyon 327 min manat (əvvəlki ilə nisbətən 2,3 dəfədən çox), faiz xərcləri isə 299 milyon 649 min manat (1,8 dəfə çox) təşkil edib. Haqq və komissiya gəlirləri 28 milyon 371 min manat (12,5 % az), haqq və komissiya xərcləri 3 milyon 330 min manat (10,0 % az), sair inzibati və əməliyyat xərcləri isə 113 milyon 320 min manat (1,6 % az) olub. AMB-nin maliyyə öhdəliklərinin tanınması üzrə gəlirləri 47 milyon 892 min manat (18,9 % az), qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə gəlirləri 34 milyon 465 min manat (əvvəlki ildə zərər olub), qiymətli kağızlarının realizasiyası üzrə gəlirləri 101 milyon 931 min manata (əvvəlki ildə zərər olub) çatıb.
AMB-nin qiymətli kağızlarının dəyərsizləşməsi üzrə zərəri 470 min manat (39,4 % az), investisiya fondlarındakı vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri 13 milyon 548 min manat (3 dəfə çox), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlirləri isə 48 milyon 801 min manat (əvvəlki ildə zərər olub) təşkil edib. Bu dövrdə ehtiyatların yaradılmasında 25 milyon 137 min manat məbləğində zərər tanınıb (əvvəlki ildə ehtiyatlar bərpa edildiyindən gəlir tanınıb).
Hesabatda 2023-cü il ərzində AMB tərəfindən dövlət büdcəsinə vəsait köçürülmədiyi qeyd olunub.
2023-cü ildə AMB tərəfindən əməkdaşlara sərf olunan xərc 37 milyard 241 milyon manat təşkil edib. Bu, 2022-ci il ilə müqayisədə 14,6 % çoxdur.
Cari ilin yanvar ayının 1-nə AMB-nin torpaq, tikili və avadanlıqlarının dəyəri 353 milyon 449 min manat olub. Bu da ötən ilin analoji dövrünün göstəricisindən 22,8 % artıqdır.
AMB-nin 2023-cü ilə dair konsolidasiya olunmuş maliyyə hesabatları rəsmi veb-saytda yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
19 d. əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb







.jpg)

















.jpg)

