Azərbaycanda yeni heyvandarlıq kompleksi
İmişlinin Əliqulular kəndindəki heyvandarlıq kompleksində gələcəkdə ət və süd məhsulları da istehsal olunacaq.
Fermaya ilkin olaraq Avstriyadan ət və südlük istiqamətlik 120 baş cins düyə gətirilib. Kompleksdə heyvanların baş sayının gələcəkdə 1000 başa çatdırılması nəzərdə tutulub.
Ən müasir tələblərə cavab verən kompleks metal konstruksiyalardan hazırlanıb. Burada işlərin hamısı demək olar ki, avtomatlaşdırılıb. Heyvanların yemlənməsi və sulanması, peyinin daşınması, sağım prosesi, yemin hazırlanıb paylanması mexanizmlərin köməyi ilə həyata keçirilir. Quraşdırılmış yem sexi vasitəsilə istənilən növdə yem hazırlamaq mümkündür. Hazırlanan yem isə transpartiyorlar vasitəsilə heyvanlara bərabər şəkildə paylanılır. Fermada havalandırma sistemi də quraşdırılıb ki, bu sistem vasitəsilə ilin bütün fəsillərində burada normal temperatur saxlanılır.
Kompleksin baytar həkimi Zəfər Məhərrəmov bildirib ki, kompleks 3-4 aydır fəaliyyətə başlayıb. Buradakı heyvanlar qırmızı semental cinslidir. Çox məhsuldar heyvanlardır. Qısa vaxt ərzində yerli şəraitə uyğunlaşır. İlk doğuşda 18-20 litr, sonrakı doğuşlarda isə 30-35 litr süd verir.
Z.Məhərrəmovun sözlərinə görə, gələcəkdə kompleksdə ət və süd məhsulları da istehsal etmək planlaşdırılıb. Bunun üçün yeni emal sexləri inşa edilir. Artıq binalarda tikinti işləri başa çatmaq üzrədir. Burada yağ, pendir və digər süd və ət məhsulları istehsal etmək üçün ən müasir avadanlıqlar quraşdırılacaq.
Hazırda kompleksdə mal-qara üçün möhkəm yem bazası yaratmaq imkanları araşdırılır, torpaq sahələri müəyyənləşdirilir. Bu işlər qaydaya salındıqdan sonra fermada heyvanların sayı 1000 başa çatdırılacaq.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!



























