Enqura Azərbaycanın maliyyə sektoruna təqdim edilib
Türkiyədə qurulmuş texnologiya şirkəti olan Enqura Azərbaycan bazarında özünü tanıdır.(®) Türkiyədə qurulmuş bir texnologiya şirkəti olan Enqura Azərbaycan bazarında özünü tanıtmaq üçün “Maliyyə Sektorunda Rəqəmsal Transformasiya” adı altında xüsusi tanıtım tədbiri təşkil edib. Bu tədbir Azərbaycanın bankçılıq və fintech ekosisteminin aparıcı oyunçularını bir araya gətirərək Enquranın həllərini təqdim etmək məqsədi daşıyıb.
Tədbirin açılış nitqi ilə çıxış edən Enquranın Azərbaycan üzrə Ölkə müdiri Əli Qədirbəyli şirkətin Azərbaycan bazarına olan marağını vurğulayıb və yerli maliyyə sektoruna innovativ həllər təklif etməyə hazır olduğunu bildirib.
Daha sonra şirkətin Azərbaycanda ilk müştərisi olan GoldenPay-in İdarə Heyətinin Sədri Eynar Abdullayev Enquranın həllərindən istifadə edən bir partnyor kimi təcrübələrini iştirakçılarla bölüşüb və şirkətin təklif etdiyi üstünlükləri vurğulayıb.
Tədbirin növbəti hissəsində Fintech İnnovation Hub şirkətinin təsisçisi Kutay Yalınkılınç “Azərbaycanda yeni qaydalar və rəqəmsal transformasiya” mövzusunda çıxış edərək Türkiyə ilə Azərbaycan arasında sinerji və əməkdaşlıq imkanlarından danışıb.
Tədbirin mühüm hissəsində Enquranın baş direktoru Hasan Emre Özgür şirkətin fintech sahəsində təklif etdiyi həllər və bu həllərin Azərbaycan maliyyə sektoruna potensial təsiri haqqında danışıb. Şirkətin həllərinin Azərbaycan qanunvericiliyinə uyğun olduğunu vurğulayan Özgür daha sonra canlı demo təqdimatı edərək Enquranın flaqman həlli “EnQualify”-ı ətraflı şəkildə qonaqlara nümayiş etdirib.
EnQualify sistemi ən müasir texnoloji imkanlardan istifadə edilməklə işlənib hazırlanmışdır və müştərinin tanınması və uzaqdan müştəri cəlbetməsi funksiyalarını ehtiva edən hərtərəfli həlldir. Türkiyə, İngiltərə, Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələrdən referansları olan bu məhsul 35-dən çox şirkət tərəfindən istifadə edilməkdədir.
Tədbirin ikinci hissəsində Türkiyədən olan panelistlər - Kutay Yalınkılınç, Hasan Emre Özgür və FastPay şirkətinin qurucusu Serkan Turan iki qardaş ölkə arasında təcrübələrin paylaşıla biləcəyi fikrini vurğulayıblar. Özlərinin Türkiyə maliyyə ekosistemindəki təcrübələrindən də bəhs edən mütəxəssislər tədbir iştirakçıların suallarını da cavablandırıblar. Paneldə Türkiyədə fintech sektorundakı təcrübələrin Azərbaycan bazarına necə uyğunlaşdırıla biləcəyi müzakirə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmiləri, yerli bankların və fintech şirkətlərinin səlahiyyətli şəxsləri iştirak ediblər. Qonaqlar Enquranın Azərbaycan maliyyə sektoru ilə əməkdaşlığına və məhsullarının yerli qanunvericiliyə uyğunluğuna maraq nümayiş etdiriblər.
Bu tədbir Enquranın Azərbaycan bazarında iştirakını gücləndirmək və Azərbaycan bankçılıq və fintech sektorunun mühüm oyunçularını bir araya gətirməklə yerli maliyyə sektoruna töhfə vermək üçün mühüm addım idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)







