“Veysəloğlu” yerli istehsalçılardan 1,45 milyard manat dəyərində məhsul alıb
2023-cü ildə Veysəloğlu Şirkətlər Qrupu yerli istehsalçılardan 1.45 milyard manat dəyərində alış həyata keçirib.
Qrupun yaydığı məlumatda bildirilir ki, bu məbləğin 57 milyon manatını fermerlərdən birbaşa alış təşkil edir. Ötən il Şirkətlər Qrupu 113 fermerdən 53 min ton kənd təsərrüfatı məhsulu satın alıb.
Bundan başqa, qrupa daxil olan “Araz” supermarketlər və “Oba” marketlər şəbəkələri və “Veysəloğlu Distribusiya” şirkəti yerli istehsalçılara 72 şəxsi marka adı altında məhsul istehsal etdirərək, 160 milyon manatlıq satınalma həyata keçirib. Bununla da yerli istehsalçıların inkişafını dəstəkləməyi hədəfləyir.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu “Araz” supermarketlər və “Oba” marketlər şəbəkələrini, “Veysəloğlu Distribusiya”, “Vesta-Horeka” distribusiya şirkətlərini, “Ulduz” şokolad fabrikini, “Xonça” istehsal fabrikini, “Entree Azərbaycan” və “Rossmann Azərbaycan”ı özündə birləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)












.jpg)







