Azərkosmos yeni müsabiqə elan edir - 5000 AZN-ƏDƏK PUL MÜKAFATI
Azərkosmos “Yer səthinin məsafədən müşahidəsi” üzrə növbəti dəfə elmi müsabiqə elan edir.
Müsabiqənin əsas məqsədi peyk təsvirləri, o cümlədən “Azersky” peykinin arxiv təsvirlərinin Azərbaycanda istifadəsini əlçatan etmək və ölkə daxilində peyk təsvirləri ilə həyata keçirilən layihələrin inkişafını sürətləndirməkdir.
Bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində sözügedən müsabiqənin mövzusu da iqlim dəyişikliyi və onunla mübarizədə kosmik həllərin tətbiqinə həsr olunub. Bu da öz növbəsində Azərbaycanın evsahibliyi edəcəyi COP29 tədbirinin diqqət mərkəzində olduğunu və ölkəmizdə “Yaşıl dünya” dəyərlərinin təbliğ edildiyini göstərir.
Qeyd edək ki, müsabiqəyə yaşı 18-35 arası olan tələbələr, müəllimlər, fərdi tədqiqatçılar, eləcə də elmi-tədqiqat institutları, dövlət müəssisələri və özəl sektoru təmsil edən tədqiqatçılar qatıla bilərlər.
İştirakçılar kənd təsərrüfatı, ekologiya və ətraf mühitin qorunması, quraqlıq və səhralaşmaya məruz qalmış ərazilərin monitorinqi, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə, şəhər planlaması, turizm marşrutlarının təyin olunması ilə bağlı ideyalarını öz elmi işlərində peyk təsvirləri sayəsində vizuallaşdırma şansı qazanacaqlar.
Müsabiqənin ilk üç qalibi müvafiq olaraq birinci yer üzrə 5000 AZN, ikinci yer üzrə 3000 AZN və üçüncü yer üzrə 1500 AZN məbləğində pul mükafatı ilə təltif olunacaq. Müsabiqədə iştirak ödənişsizdir.
Şərtlər haqqında ətraflı məlumat və qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz. Qeydiyyat 31 may tarixinədək davam edəcək.
Xatırladaq ki, 2016-cı ildən etibarən keçirilən müsabiqənin ötənilki final mərhələsinə 593 iştirakçıdan 27 nəfər keçib. Həmin müsabiqənin qalibləri Azərbaycanın meşə resurslarının dinamikasının qiymətləndirilməsi, kənd təsərrüfatı bitkilərinin vəziyyətinin öyrənilməsi, göllərin ekologiyası və dəyişmə dinamikası, neft hasilatı zamanı neftlə çirklənmiş torpaq ərazilərinin monitorinqi kimi mövzuları “Azersky” peykindən əldə edilən təsvirlər vasitəsilə tədqiq ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 6 saat əvvəl
-
6 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
6 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 6 saat əvvəl
-
7 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
8 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
8 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)
















