Avtomobil lizinqi şirkətində növbədənkənar ümumi yığıncaq keçiriləcək
18 mart 2024-cu il tarixində avtomobil lizinqi şirkəti "Legion Financial" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağ keçiriləcəkdir.
Marja.az xəbər verir ki, gündəliyə daxil olan məsələ nizamnamə kapitalının artırılması məqsədilə səhmlərin əlavə buraxılışıdır.
Ümumi yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 25A ünvanında keçiriləcək.
NİZAMNAMƏ KAPİTALI ARTIRILIR
Xəbər verdiyimiz kimi, "Legion Financial" ASC-nin nizamnamə kapitalı artırılır. Bir neçə gün öncə Şirkət hər birinin nominal dəyəri 100 manat olan 950 ədəd adi, sənədsiz, adlı səhmlər emissiya edib. Səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa, "Legion Financial" şirkətinin nizamnamə kapitalı 1,4 milyon manatdan 1 milyon 494 min manata yüksələcəkdir. Əldə olunmuş gəlir dövriyyə kapitalının artırılmasına yönəldiləcəkdir.
"Legion Financial" ASC-nin səhmdarları İsmayılov Turan Mübariz oğlu (57.91 %), Süleymanlı Rahim Rəhman oğlu (24.94%), Soltanov Rövşən Rafiq oğlu (11.14%) və Məmmədov Böyükağa Mirkamal oğludur (5.77%).
"Legion Financial" ASC 2023-cü ili 616 min 334 manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 282 min 724 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Legion Financial" ASC-nin xalis mənfəəti 2022-ci illə müqayisədə 2023-cü ildə 2,2 dəfə artıb.
"Legion Financial"ın faiz gəlirləri 2022-ci ildə 418 min 202 manat ikən, 2023-cü ildə 893 min 129 manata yüksəlib (2,1 dəfə artıb).
"Legion Financial" şirkətinin maliyyə lizinqli əməliyyatları üzrə alacaqları (portfeli) 2022-ci illə müqayisədə 2023-cü ildə 2,2 dəfə artaraq 4 milyon 727 min manata yüskəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























