Türkiyədə son 12 ayda ən çox restoran və otellərdə bahalaşma olub
Türkiyədə aylıq inflyasiya son 5 ayın ən yüksək səviyyəsinə çatıb.Yanvar ayında Türkiyədə inflyasiya avqust ayından bu yana aylıq müqayisədə ən yüksək səviyyədə olub.
Marja.az Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadən xəbər verir ki, (istehlak qiymətləri indeksi inflyasiya göstəricisi) yanvar ayında minimum əmək haqqı artımları və vergi tənzimləmələrinin təsiri ilə dekabr ayına nisbətən 6,70% artıb. Proqnoz 6,50% idi.
Yanvarda illik inflyasiya (2023-cü ilin yanvarı ilə müqayisədə) 64,86% təşkil edib.
Yanvar ayında illik baza inflyasiya 70,48% olaraq qeydə alınıb.
TÜİK-in məlumatlarına görə, ən yüksək aylıq qiymət artımı (dekabr ayı ilə müqayisədə yanvarda) 17,68% ilə səhiyyə qrupunda olub. Restoran və otellər üzrə qiymətlər 12,17%, müxtəlif mal və xidmətlər üzrə 10,25% artıb.
Yanvarda geyim və ayaqqabı qiymətlərində 1,61 faiz ucuzlaşma müşahidə olunub.
2023-cü ilin eyni yanvar ayına nisbətən 2024-cü ilin yanvar ayında ən az artım göstərən əsas qrup 40,62% ilə geyim və ayaqqabı olub. Digər tərəfdən, ən çox qiymət artımı qeydə alınan qrup 92,27% ilə restoran və otellər olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 d. əvvəl
- 6 d. əvvəl
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır







.jpg)






.jpg)





