“AzerGold” istiqrazlarının hərrac tarixi bəlli oldu
Azərbaycanın qeyri-neft sektorunun əsas ixracatçı dövlət şirkətlərindən olan “AzerGold” QSC tərəfindən buraxılan, hər birinin nominal dəyəri 100 ABŞ dolları, ümumi buraxlış həcmi isə 20 milyon ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların hərracı 29.01.24 tarixində Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək.
"PAŞA Kapital İnvestisiya Şirkəti”ndən Marja.az-a daxil olmuş məlumatda qeyd edilib ki, istiqrazların illik faiz dərəcəsi 6 faiz olmaqla, istiqraz sahiblərinə kuponun rüblük ödənişləri planlaşdırılır. Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir
Xatırladılıb ki, “AzerGold” QSC ilk dəfə 2020-ci ilin 24 sentyabr və 30 noyabr tarixlərində illik 4 faiz kupon dərəcəsi ilə emissiya həcmi 20 000 000 (iyirmi milyon) ABŞ dolları olan istiqrazları tədavülə buraxılıb. “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayter qismində çıxış etdiyi və geniş xalq kütləsi üçün nəzərdə tutulan istiqrazların orta gəlirliliyi 3.35 faiz təşkil etmişdir.
Belə ki, investorlar istiqrazları əldə etmək üçün 10 ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən və ötən ili rekord olan 20 milyard manat dövriyyəsi olan "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə müraciət edə bilər. Ölkənin aparıcı investisiya şirkətlərindən biri olaraq “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC öz müştərilərinə broker xidməti ilə yanaşı, Azərbaycan bazarından qısa və ya uzun müddətlərə kapital cəlb etmək üçün səhm, eləcə də müxtəlif valyutalarda istiqrazların yerləşdirilməsini vasitəçilik xidməti ilə yerli və xarici fond bazarlarında investisiya əməliyyatlarının aparılmasını təqdim edir.
Əlaqə üçün: 1548
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
42 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 56 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır






.jpg)






.jpg)







