Qırmızı dənizdəki təhlükə səbəbindən konteyner qiymətləri 173 faiz artıb
Təhlükəsizlik təhdidləri səbəbindən Qırmızı dənizdən dəniz daşımalarının azalması Asiya, Avropa və ABŞ arasında konteyner qiymətlərinin artmasına səbəb olub.Qırmızı dənizdə təhlükə səbəbindən daşıma xərcləri artmaqda davam edir.
Marja.az xəbər verir ki, Asiya, Avropa və ABŞ arasında Qırmızı dənizdən daşımaların istifadəsi azaldıqca konteyner qiymətləri artır.
Freightos.com yük və ödəniş platformasının məlumatlarına görə, Asiyadan Şimali Avropaya gedən 40 FEU yük konteynerinin qiyməti 173% artımla 4 min dolları keçib.
Asiyadan Aralıq dənizinə yüklərin daşınması xərcləri də 5 min 175 dollara yüksəlib. Asiyadan Şimali Amerikanın şərq sahillərinə qədər 40 futluq (FEU) konteynerlərin qiymətləri 55 faiz artaraq 3900 dollara çatıb.
"Freightos"ın Araşdırma Meneceri Judah Levine, Asiyadan Avropaya və Aralıq dənizinə daşıma xərclərinin 2019-cu ilin yanvar ayından bu yana iki dəfədən çox artdığını, lakin pandemiya dövründəki ən yüksək səviyyələrdən aşağıda olduğunu bildirib.
Bu gün də açıqlanan "Drewry World Container Index" dekabrın 21-dən etibarən ikiqat artıb.
Süveyş kanalında nəqliyyatın yavaşlaması qlobal konteyner qiymətlərinin artmasına səbəb olub. Yəməndə Husi dəstələrinin Qırmızı dənizdə gəmilərə qarşı hücumları səbəbindən gəmilər daha uzun marşrutlara üstünlük verməyə başlayıb.
BVF-nin "PortWatch" platformasına görə, yanvarın 2-də başa çatan 10 gün ərzində Süveyş üzərindən tranzit 28 faiz azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)








