Azərbaycana turist axını 30 faizə yaxın artıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1 milyon 893 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.
Gələnlərin 30,5 faizi Rusiya Federasiyası, 18,1 faizi Türkiyə, 7,9 faizi İran, 5,3 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 4,0 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Qazaxıstan, 2,6 faizi Pakistan, 1,9 faizi Özbəkistan, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,5 faiz olmaqla İsrail və Ukrayna, 1,4 faizi Küveyt, 1,3 faizi Belarus, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Çin, 1,1 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 7,0 dəfə, Cənubi Koreyadan - 3,4 dəfə, Türkmənistandan - 2,5 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Hindistandan - 1,9 dəfə, Polşadan - 1,9 dəfə, Misirdən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Tacikistandan - 1,8 dəfə, Bəhreyndən - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, İtaliyadan - 1,6 dəfə, İspaniyadan - 1,5 dəfə, Moldovadan - 1,5 dəfə, Özbəkistandan - 49,8 faiz, Belarusdan - 48,3 faiz, Rusiya Federasiyasından - 42,9 faiz, Kanadadan - 41,2 faiz, ABŞ-dan - 38,1 faiz, Küveytdən - 30,3 faiz, Gürcüstandan - 28,9 faiz, Fransadan - 26,4 faiz, Niderlanddan - 25,9 faiz, İsraildən - 24,4 faiz, Böyük Britaniyadan - 24,0 faiz, Türkiyədən - 20,6 faiz, Almaniyadan - 18,4 faiz, Ukraynadan - 12,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 7,8 faiz artmışdır.
2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 47,1 faiz artaraq 758,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,7 faiz artaraq 97,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 5,4 faiz azalaraq 312,8 min nəfər olmuşdur.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,7 faizi hava, 27,0 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 25,5 faiz artaraq 1 milyon 709,4 min nəfər olmuşdur. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 32,8 faiz, Türkiyəyə gedənlərin sayı 21,9 faiz artmış, İrana gedənlərin sayı 25,8 faiz azalmışdır. Ölkə vətəndaşlarının 44,0 faizi Türkiyəyə, 21,3 faizi Rusiya Federasiyasına, 9,0 faizi Gürcüstana, 7,6 faizi İrana, 18,1 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 65,1 faizini kişilər, 34,9 faizini qadınlar təşkil etmişdir.
2023-cü ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,8 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 d. əvvəl
- 27 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
Ən çox oxunanlar
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
Aprelin 18-də gözlənilən hava şəraiti














.jpg)







