“Elektron məhkəmə” vasitəsilə müraciət edənlərə güzəşt ediləcək
Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər üçün güzəşt müəyyənləşir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mülki işlər üzrə ilk dəfə Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər müəyyən edilmiş dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad ediləcəklər.
Qeyd edək ki, qanuna əsasən, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:
Dövlət rüsumu tutulmalı olan hərəkətlər | Dövlət rüsumunun məbləği |
8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: |
|
8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda | 30 manat |
8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda | 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi |
8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda | 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi |
8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda | 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi |
8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda | 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) |
8.1.6. Fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə | 100 manat |
8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə | 100 manat |
8.3. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü şəxsin işə qoşulması barədə ərizənin verilməsinə görə | bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumu |
8.4. Müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə | bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) |
8.5. İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə | 50 manat |
8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə | bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi |
8.7. Məhkəmə aktının surətinin təkrarən verilməsinə görə | 10 manat və 10-cu səhifədən yuxarı hər səhifəyə görə 0,2 manat |
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 13 d. əvvəl
- 27 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
-
17 saat əvvəl
37 900 manata 1240 kilometr - AION i60 Azərbaycanda rəsmi təqdim edildi
-
22 saat əvvəl
Altıağac–Xızı yolunda sürüşmənin fəsadları aradan qaldırılır
-
23 saat əvvəl
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti
5 şirkətin müşahidə şurası seçiləcək
İsmayıllı-Lahıc yolunda sürüşmə olub, yol bağlanıb
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
















.jpg)



