Visa və TECH5 müqavilə imzalayıb
Rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti, biometrika və rəqəmsal kimliyin idarə edilməsi sahəsinin innovatoru TECH5 ilə strateji işbirliyinə dair razılaşma imzalayaraq, qlobal miqyasda rəqəmsal hökumət ekosistemlərinin inkişafı və təkmilləşdirilməsini məqsəd qoyur.
İki təşkilat, bir çox təşəbbüs və layihələri əhatə edən yol xəritəsi hazırlayaraq, rəqəmsal ödəmələrdə, rəqəmsal kimliyin idarə edilməsində və ekosistemlərə bağlı sair xidmətlərdə irəliləyiş üçün möhkəm zəmin yaratmağı hədəfləyir.
Tərəfdaşlıq razılaşmasına daxildir:
- seçilmiş ölkələrdə daha təkmil rəqəmsal hökumət ekosistemləri layihələrinin tərtibatı və icrası;
- SuperApp tətbiqinin bazara təqdim edilməsi strategiyasının hazırlanması və dəstəklənməsi, o cümlədən çoxsaylı rəqəmsal kanallar vasitəsilə Visa kart sahiblərinin (ölkə vətəndaşları və qeyri-rezidentlərin) eyniləşdirilməsinin təmin edilməsi;
- dövlət xərcləri və ödəniş proqramlarında kart qəbulunu bütün platformalarda genişləndirmək məqsədilə yol xəritəsinin hazırlanması;
- maliyyə savadlılığı və rəqəmsal inklyuzivlik proqramlarının həyata keçirilməsi;
- rəqəmsal ödəmələrin inkişafı sahəsində tənzimləyici aktların hazırlanmasında əməkdaşlıq.
“TECH5 ilə strateji əməkdaşlığa start verməyə çox həvəsliyik. Birgə səylərimizlə, bütün dünyada rəqəmsal hökumət ekosistemlərini təkmilləşdirməklə yanaşı, biz rəqəmsal ödəmələrə və rəqəmsal kimliyin idarə edilməsi xidmətlərinə xüsusi diqqət yetirəcəyik. Rəqəmsal və maliyyə inklyuzivliyini üstün tutaraq inanırıq ki, bu tərəfdaşlıq milli səviyyədə şəxsiyyət eyniləşdirməsi əsasında rəqəmsal ödəmələr infrastrukturunu və xidmətləri təşkil etməyə və bu istiqamətdə əhəmiyyətli bazar potensialını aşkar etməyə imkan verəcək,” – deyərək Visa-nın Mərkəzi Avropa – Yaxın Şərq – Afrika regionu üzrə baş vitse-prezidenti, kommersiya və pul hərəkəti həlləri şöbəsinin müdiri Şahebaz Xan qeyd edib.
TECH5 şirkətinin qlobal miqyasda təklif etdiyi texnoloji komponentlərə və kimliyə bağlı elektron cüzdan infrastrukturuna biometrik məlumatların təmassız əldə edilməsi və qarşılaşdırılması, rəqəmsal kimliklərin emissiyası və idarəetməsi üçün biometrik SDK-lar (developer alət dəstləri) və proqram təminatı platformaları daxildir. Sadalananlar Visa-nın ödəmə xidmətləri ilə, habelə dövlət rəqəmsal infrastrukturunun və elektron ticarət platformalarının yaradılmasında həlledici rol oynayan digər əlavə-dəyər komponentləri ilə inteqrasiya üçün rahat istifadə oluna bilər.
“Visa ilə strateji əməkdaşlıqdan gözləntilərimiz çoxdur: onların qiymətsiz təcrübəsi və bazar biliklərini öyrənmək, eləcə də SSI-əsaslı rəqəmsal kimlik cüzdanları bazasında yaradılacaq növbəti nəsil rəqəmsal kimlik həllərini, xüsusilə də dövlət ödənişlərinin rəqəmsallaşmasını birgə işləyib hazırlamaq. TECH5 komandası isə bu tərəfdaşlığa milli səviyyədə həyata keçirdiyimiz təməl eyniləşdirmə layihələrinin dərin anlamı və icra təcrübəsini gətirir, habelə maneəsiz və təhlükəsiz ödəmələri şərtləndirən biometrik qarşılaşdırma, rəqəmsal kimlik və kimliyə bağlı cüzdan həllərinin texnoloji komponentlərini və dəstəkləyici infrastrukturunu təmin edirik,” – söyləyərək TECH5 şirkətinin həm-təsisçisi və baş icraçı direktoru Maxiel van der Harst şərh edib.
Visa və TECH5 texnologiyaları üzərində birgə iş nəticəsində, böyük bazar potensialına malik kommersiya təkliflərini hazırlamaq, milli səviyyədə, eləcə də sərbəst iqtisadi zonalarda (transsərhəd tətbiq şəklində) rəqəmsal kimliyə əsaslanan ödəmə infrastrukturunu və xidmətləri təqdim etmək olar.
Visa rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir.
TECH5 biometrika sahəsinin ekspertləri tərəfindən təsis edilmiş, süni intellekt və maşın öyrənməsi köməyi ilə inqilabi biometrik və rəqəmsal kimlik əsaslı texnoloji təkliflərin hazırlanmasında ixtisaslaşan beynəlxalq texnoloji şirkətdir. Süni intellekt bazasında işlənilən biometrik tətbiqlərə davamlı yatırımlar və israrlı diqqət sayəsində TECH5-in müəllif olduğu alqoritmlər NIST reytinqlərində sima, barmaq izi və göz qişası əsasında tanınma üzrə daima üst yerlər tuturlar. TECH5-in hədəf bazarı dövlət və özəl sektorlarında Civil ID və Digital ID həllərini təmin edən məhsullar, eləcə də müxtəlif istifadə variantlarında kimlik təminatını verən eyniləşdirmə çözümləridir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 23 d. əvvəl
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
1 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
1 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Nazir “ExxonMobil”ın meneceri ilə əməkdaşlığın inkişafını müzakirə edib
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
Azərbaycan bankı 1 ildə işçilərinin sayını 131 nəfər artırıb
Dövlət Vergi Xidmətinin rəisinə və baş idarə rəislərinə ali rütbələr verildi, işçiləri təltif edildilər - SİYAHI
Energetika naziri İranın səfirini qəbul edib - Dövlət Komissiyasının iclası keçiriləcək
2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
Yanvarda dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 2,3 milyard manat artıqlıq yaranıb
























