Türkiyədə inflyasiya sürətlənib
Noyabrda Türkiyədə istehlak qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 3,28 faiz, ötən ilin eyni ayı ilə müqayisədə 61,98 faiz artıb.Türkiyədə noyabr ayında illik inflyasiya cüzi də olsa sürətlənib.
Marja.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, noyabrda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) illik 61,98 faiz artıb. Aylıq artım isə 3,28 faiz olub.
Proqnoz illik artımın 62,8 faiz, aylıq artımın 3,8 olacağı idi.
Oktyabrda Türkiyədə illik inflyasiya 61,36 faiz, aylıq inflyasiya 3,43 faiz təşkil etmişdi.
Noyabrda Türkiyədə illik baza inflyasiyası 69,89 faiz təşkil edib. Oktyabrda illik baza inflyasiyası 69,76 faiz olaraq qeydə alınmlşdı.
2023-cü ilin noyabr ayında ötən ilin noyabr ayına nisbətən ən az bahalaşan, 37,54 faiz ilə mənzildir. Digər tərəfdən, ötən ilin eyni ayı ilə müqayisədə ən çox bahalaşan, 92,86 faiz artım ilə restoran və otellər olub.
Noyabrda əvvəlki aya nisbətən geyim və ayaqqabı 0,31 faiz ucuzlaşıb. Digər tərəfdən, noyabr ayında oktyabr ayı ilə müqayisədə ən çox (11,17 faiz) mənzillər bahalaşıb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 10 d. əvvəl
-
-
54 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























