Bu il cinayət işləri üzrə ziyanla bağlı 19,5 milyon manat büdcəyə ödənilib
Bu il 19,5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib.
Bunu Baş prokurorun müavini Heydər Məmmədov Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, cari ilin ilk on ayı ərzində prokurorluq orqanlarının apardığı istintaq tədbirləri nəticəsində istintaqı tamamlanmış cinayət işləri üzrə ümumi ziyan olan 19 564 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Heydər Məmmədov, həmçinin, vurğulayıb ki, prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanı ilə yaradılmış "Elektron Prokurorluq" informasiya sistemi hazırda prokurorluq orqanlarında səmərəli şəkildə istifadə edilməkdədir.
Baş prokurorun müavini onu da əlavə edib ki, “Həmin proqram insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, prokurorluğa müraciət imkanlarının genişlənməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına xidmət edir.”
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























