Yeni üfüqləri kəşf edərək: “Azərikard” və tərəfdaş banklarının nümayəndələri Belçikaya səfər ediblər
Yeni üfüqləri kəşf edərək:(®) 2023-cü ilin 19-21 sentyabr tarixlərində “Azərikard” prosessinq mərkəzi və OpenWay beynəlxalq şirkətlər qrupu tərəfindən Azərbaycan bankları üçün işgüzar görüş, həmçinin OpenWay şirkətinin Belçikanın Lüvan-la-Növ şəhərində yerləşən baş ofisinə səfər təşkil edilib.
Səfərin əsas məqsədini OpenWay komandası ilə tanışlıq, birgə layihələrin idarə edilməsində yeni yanaşmaların müzakirəsi, OpenWay şirkətinin innovativ məhsul və xidmətləri ilə tanışlıq, həmçinin, təşkilatın qlobal bazarlarda - ABŞ, Avstraliya, Belçika, İtaliya, Finlandiya, Polşa, Kipr, Ukrayna, Qazaxıstan, Gürcüstan, BƏƏ, Vyetnam, İndoneziya, Keniya və s. ölkələrdə nümayiş etdirdiyi təcrübənin ətraflı müzakirəsi təşkil edib.
Bununla yanaşı, səfər zamanı OpenWay şirkətinin yüksək ixtisaslı menecer və mütəxəssislərinin iştirakı ilə işgüzar sessiyalar, diskussiyalar və “dəyirmi masa” iclasları keçirilib.
Bu səfər tərəfdaş banklar arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı “Azərikard” prosessinq mərkəzinin daha da təkmilləşdirilməsi və inkişafı üçün müxtəlif ölkələrin ən yaxşı təcrübələrindən istifadə etmək istəyini nümayiş etdirirdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 19 d. əvvəl
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI




















