Google Kanadanın media qurumlarına ildə 74 milyon dollar haqq ödəyəcək
Kanada hökuməti, "Onlayn Xəbərlər Qanunu" çərçivəsində hər il ölkəyə təxminən 74 milyon dollar ödəmək üçün Google ilə razılaşdıqlarını açıqlayıb.Kanada hökuməti ilə ABŞ-ın Google şirkəti arasındakı razılaşmaya əsasən, şirkət Kanadanın xəbər qurumlarına və şirkətlərinə hər il təxminən 74 milyon dollar ödəyəcək.
Mara.az xəbər verir ki, Mədəni İrs Naziri Pascale St-Onge, Meta, Google kimi şirkətlərin platformalarında xəbər məzmunlarından istifadə etdikləri üçün Kanadanın media şirkətlərinə ödəniş etmələrini tələb edən qanuna uyğun olaraq Google ilə razılığa gəldiklərini açıqlayıb.
St-Onge mətbuat konfransında razılaşmanın mətbuat sənayesi üçün yaxşı bir hadisə olduğunu qeyd edərək, "Facebook-un niyə xəbər sistemlərimizi dəstəkləmədiyini və platformasında dezinformasiya üçün yer açdığını izah etməyin vaxtıdır" deyib.
St-Onge, Meta şirkətinin kanadalıların Meta platformasındakı yerli və xarici media qurumlarının xəbər məzmununa çıxışını kəsmək qərarını "məsuliyyətsiz" bir qərar olaraq qiymətləndirib və Kanada mətbuat sektorunun risk altında olduğuna diqqət çəkib.
İyun ayında Kanadada qüvvəyə minən qanuna görə, Meta və Google kimi şirkətlərdən öz platformalarında xəbər məzmunundan istifadə etdikləri üçün Kanadanın media qurumlarına haqq ödəməyi tələb edir.
Kanadalılar Meta hesablarında yerli və xarici media qurumlarının xəbər məzmununa daxil ola bilmirlər.
Müştərilərin xəbərləri
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
13 d. əvvəl
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
-
- 36 d. əvvəl
-
1 saat əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
1 saat əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Ən çox oxunanlar
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı





















