Türkmənistan 2024-cü il üçün büdcəni qəbul edib
Türkmənistanda "2024-cü ilin büdcəsi haqqında" qanun layihəsi təsdiqlənib. Müvafiq sənəd rəsmi qəzetdə dərc edilib.
Marja.az xəbər verir ki, Türkmənistanın 2024-cü il dövlət büdcəsi gəlirlər və xərclər baxımından 102,3 milyard manat (29,2 milyard dollar) məbləğində təsdiq edilib.
Qeyd olunub ki, 2024-cü il büdcəsinin əsas prioriteti bütün sənaye sahələrinin intensiv inkişafı və əsas kapitala investisiyaların cəlb edilməsi, müasir bazar mexanizmlərinin tətbiqi yolu ilə sosialyönümlü dövlət siyasətinin və yüksək iqtisadi artım tempinin dəstəklənməsidir.
Əhəmiyyətli nəqliyyat, rabitə və sənaye infrastrukturu obyektlərinin tikintisi yüksək sürətlə davam etdiriləcəkdir.
Həmçinin 2024-cü il üçün sahibkarlığın, kiçik və orta sahibkarlığın dəstəklənməsi, yerli istehsal olunan məhsulların həcminin artırılması, daxili bazarlarda ərzaq bolluğunun təmin edilməsi istiqamətində tədbirlər nəzərdə tutulur.
2023-cü il üçün ölkənin büdcəsi 95,1 milyard manat (27,2 milyard dollar) məbləğində təsdiq edilmişdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)







.jpg)






