Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
Elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya yola salınıbAzərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq elektrik avadanlıqlarından ibarət humanitar yardımın ikinci hissəsi Ukraynaya göndərilib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sözügedən humanitar yükə 900 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 18 ədəd transformator və komplekt transformator məntəqələri daxildir. Azərbaycan Respublikası Energetika Nazirliyinin tədarük etdiyi yardımı daşıyan 23 TIR-dan ibarət yük avtomobili karvanı bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Ölkə başçısının yuxarıda qeyd olunmuş Sərəncamı ilə Ukrayna xalqına humanitar yardım göstərilməsi üçün nəzərdə tutulmuş və ümumi dəyəri 7.6 milyon ABŞ dolları olan elektrik avadanlıqlarının növbəti hissələrinin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, sözügedən humanitar yardımın birinci hissəsi cari ilin 30 oktyabr tarixində Ukraynaya göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)










