"Günaybank" və "Muğanbank" Mərkəzi Banka yalan məlumatlar verib
"Lisenziyaları ləğv edilmiş həm "Günaybank"da, həm də "Muğanbank"da hesabatlılıq düzgün olmayıb".
Bunu Marja.az-a Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
"Adını çəkdiyimiz banklar Mərkəzi Banka hesabatlılığı təqdim edərkən düzgün məlumat verməyiblər. Biz yeni komandanı formalaşdırdıqdan sonra bu ilin əvvəldə ilk öncə sistem əhəmiyyətli banklarda yoxlamalar apardıq. Ardınca kiçik banklarda yoxlamalar başladı və iki bankda (Günaybank və Muğanbank - red) hesabatlılığın düzgün olmadığını aşkar etdik. Artıq həmin bankların lisenziyalarının ləğv edilməsi barədə qərar qəbul edilib",- Kazımov deyib.
Qeyd edək ki, "Günaybank" və "Muğanbank" lisenziyaları ləğv olunmamışdan əvvəl məcmu kapitalın minimal tələb olan 50 milyon manatdan yüksək olduğu barədə hesabat açıqlamışdılar. Mərkəzi Bank isə lisenziyanın ləğvinə səbəblərdən biri kimi həmin banklarda məcmu kapitalın minimal tələbdən aşağı olduğunu göstərmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
36 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
44 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır






.jpg)
.jpg)







.jpg)






