SİMA KYC ilə m10-da kimliyini təsdiqlə!
(®) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA KYC rəqəmsal həlli “PashaPay” MMC-nin məhsulu olan m10 elektron pulqabısına inteqrasiya edilib.
SİMA Rəqəmsal Həllər Platformasına daxil olan SİMA KYC (Know Your Customer – öz müştərini tanı) xidməti dövlət qurumları və özəl şirkətlərə vətəndaşın şəxsiyyətini müəyyən etmək imkanı verir. SİMA KYC üz cizgiləri və FİN kod əsasında şəxsin biometrik identifikasiyasını aparır, onun kimliyini təsdiqləyir.
Artıq vətəndaşlar m10 tətbiqində identifikasiyadan keçmək üçün SİMA KYC-nin biometriya texnologiyası ilə kimliyini təsdiqləyə bilərlər. Bunun üçün istifadəçi əvvəlcə açılan pəncərədə şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil edir. Daha sonra SİMA KYC ilə biometrik testdən keçərək kimliyini təsdiqləyir. Təsdiqlənən m10 hesablarını isə yalnız öz sahibi istifadə edə bilir. Bu da öz növbəsində hesabları kiberdələduzların müdaxiləsindən qoruyur və daha təhlükəsiz hala gətirir.
Yaxın müddətdə prosesin VÖEN ilə də həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, SİMA KYC qurumlar və istifadəçilər arasında rəqəmsal körpü rolunu oynamaqla, xidməti əldə etmiş tərəfdaşlara müştərilər barəsində müvafiq məlumatı əldə etmək imkanı verir. Bu həll vətəndaşın şəxsiyyətini təsdiqləmək üçün lazım olan bütün proseslərdə tətbiq oluna bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
















.jpg)






