"R.İ.S.K. Elmi İstehsalat Şirkəti" 30 illiyini qeyd edib
Dünyanın 4 qitəsində layihələr həyata keçirən Azərbaycanın "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" 30 yaşını qeyd edib.(®) Əsası 1993-cü ildə qoyulmuş və informasiya texnologiyaları sahəsində tanınmış "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC (R.İ.S.K.) bu yaxınlarda fəaliyyətinin 30 illiyini qeyd edib.
Bu müddət ərzində şirkət həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda əhəmiyyətli nailiyyətlər əldə etmişdır. Tək bir xarici bazarlarda R.İ.S.K., coğrafi olaraq dünyanın 4 qitəsində, yüzlərlə müqavilələrə imza atmış və uğurlu layihələr həyata keçirmişdir.
İT və info-/kiber-təhlükəsizlik üzrə konsaltinq, sistem inteqrasiyası, tətbiqi proqram təminatı istehsalı, coğrafi informasiya sistemlərinin (GIS) yaradılması kimi istiqamətlər şirkətin fəaliyyət istiqamətlərinin yalnız bir hissəsidir. Onun innovativ həllərinin və xidmətlərinin sifarişçiləri isə iri telekommunikasiya şirkətləri, dövlət qurumları, hüquq-mühafizə orqanları, neft və qaz sənayesi iştirakçıları, bank-maliyyə, tikinti və həmçinin nəqliyyat sektorlarıdır. R.İ.S.K. Elmi İstehsalat Şirkəti dünyanın nəhəng İT və telekommunikasiya avadanlıqları istehsalçıları ilə yaxından tərəfdaşlıq edir.
Şirkətin fəaliyyətində proqram məhsullarının yaradılması xüsusi yer tutur. Buna nümunə R.İ.S.K.-in beynəlxalq mülki aviasiya naviqasiyası üçün hazırladığı çoxsaylı proqram paketidir. Uçuş təhlükəsizliyinə dəstək sistemləri kimi istifadə olunan bu proqramlar dünya bazarında, sıx rəqabət şəraitində, xüsusi uğurlar qazanmışdır. Hal-hazırda şirkətin məhsulları, bu və ya digər çeşiddə, dünyanın 20-dən çox ölkəsinin aeronaviqasiya idarələri tərəfindən istismar olunur.
Elə bu yaxınlarda, R.İ.S.K. Misirin "Milli Aeronaviqasiya Xidmətləri Şirkətində" (National Airnavigation Services Company - NANSC) keçirilən beynəlxalq müsabiqənin (tenderin) qalibi olmaqla növbəti uğur qazanmışdır. İmzalanmış müqavilənin predmeti NANSC-da aeronavigasiya informasiya zənciri idarəçiliyinin avtomatlaşdırıma yolu ilə təkmilləşdirilməsi və İCAO standartlarına uyğunlaşdırılmasıdır. Şirkətin təhlükəsiz uçuş marşrutlarının yaradılması üçün nəzərdə tutulan proqram təminatı da 18 ay müddətinə nəzərdə tutulmuş bu müqavilənin predmetinə daxildir.
Qeyd edək ki, R.I.S.K. bu il ISO 9001 beynəlxalq keyfiyyət standartına uyğun sertifikatlaşmasının da 20 illiyini qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)









.jpg)






