Yatırım etmək istəyənlərin nəzərinə
(®) Davamlı gəlir mənbəyi yaratmaq hər kəsin arzusudur.
Çünki belə olan halda həm özümüzün, həm də övladlarımızın, ailəmizin gələcəyini təminat altına alırıq.
Əlavə olaraq da biz işləməsək belə pulumuz bizim üçün işləyib pul gətirir.
Bir çox investisiya variantları mövcuddur. Bunlardan biri də daşınmaz əmlakdır. Danışmaz əmlaka ağıllı yatırım etmək haqqında daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimovdan müsahibə aldıq.
Nüsrət İbrahimov bildirib ki, 2000-ci ildən bu günədək daşınmaz əmlak bazarında qiymət indeksi 6,4 təşkil edir. Yəni 2000-ci ildə 10000 AZN-ə alınan danışmaz əmlakın hazırda real qiyməti 64000 AZN-dir.
Əmlak eksperti onu da qeyd edib ki, biznesə yeni başlayanlar üçün mənzil seqmenti ən münasibdir. Çünki mənzili biznes olaraq idarə etmək daha rahatdır.
Kredit mövzusuna da toxunan Nüsrət İbrahimov vətandaşlara bank kreditindən maksimum yararlanmağı tövsiyə edib. O bildirib ki, biz daşınmaz əmlak almaq üçün pul yığanda proses uzun çəkir və bu müddət ərzində mənzilin qiyməti artır, paralel olaraq da valyutanın inflyasiyası baş verir. Sonda yığdığımız pul mənzilin qiymətini qarşılamır. Ona görə də kredit götürüb, daşınmaz əmlaka yatırım edərək ordan gələn pul ilə krediti bağlamaq daha məntiqlidir.
Danışmaz əmlak bazarında gəlirlərin davamlı, sabit və risksiz olduğunu söyləyən ekspert vətandaşlara daşınmaz əmlak bazarına ağıllı yatırım etməyi məsləhət görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)



.jpg)







