Azərkosmos və “Bayanat” şirkəti müqavilə imzalayıb
Azərkosmos və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Bayanat” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Marja xəbər verir ki, müqaviləyə əsasən, hər iki tərəf coğrafi informasiya sistemləri üzrə birgə əməkdaşlıq edəcək. Bura məsafədən müşahidə məlumatlarının əldə olunması, emalı və tətbiq edilməsinə dair potensial layihələr və imkanların təşviq edilməsi, geoməkan məlumatları və onların texniki imkanları, təcrübə və bilik mübadiləsi daxildir. Həmçinin Azərkosmos tərəfindən “Bayanat” şirkətinə məxsus geoməkan məlumat platformasının 1 il ərzində istifadəsi nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində neft və qaz sahəsi üzrə xəritəçəkmə və tədqiqat zamanı Yer müşahidəsi həllərinin istifadəsinin genişləndirilməsi də nəzərə alınıb.
Eyni zamanda “Bayanat” şirkəti tərəfindən Azərbaycanda xüsusilə coğrafi informasiya sistemləri üzrə mütəxəssislər və istifadəçilər üçün süni intellekt, geoməkan məlumatlarının toplanması növü olan “Synthetic Aperture Radar” (SAR) texnologiyası, coğrafi informasiya sistemləri və məsafədən müşahidə həlləri üzrə təlim keçiriləcək.
Qeyd edək ki, “Bayanat” şirkəti 40 ildən artıqdır ki, Yaxın Şərq və onun hüdudlarından kənarda yüksək keyfiyyətli coğrafi məlumat, geoməkan və süni intellektlə işləyən məlumat analitikası təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 2 d. əvvəl
-
- 11 d. əvvəl
-
25 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq




























