“Lukoyl” SOCAR-ın Türkiyədəki NEZ-inə neft tədarükünü bərpa edəcək
Rusiyanın "Lukoil" şirkəti SOCAR-ın Türkiyədə yerləşən "STAR" neft emalı zavodunda Rusiya xam neftini yenidən emal etməyə imkan verəcək daha geniş saziş çərçivəsində SOCAR-a 1,5 mlrd. dollar həcmində kredit verəcək.
Bu barədə "Reuters"ə istinadən xəbər verir.
"Rusiyanın özəl neft istehsalçısı "Lukoil" SOCAR-a şirkətin (SOCAR-ın – red.) Türkiyədəki göndəlik 200 min barel istehsal gücü olan “STAR” neft emalı zavoduna yenidən Rusiya neftini emal etməyə imkan verəcək daha geniş saziş çərçivəsində 1,5 mlrd. dollar kredit verəcək", - məlumatda bildirilir.
Məlumata görə, Rusiya-Ukrayna münaqişəsindən Avropa İttifaqının sanksiyalarına əməl etmək üçün əksər Avropa neft emalı müəssisələrinin xam neft idxalını (Rusiyadan – red.) dayandırmasından sonra qeyd olunan razılaşma “Lukoil”a Rusiya limanlarına yaxın olan daha bir müştəri əldə etməyə imkan verəcək.
Qeyd olunur ki, Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və Rusiyadan neft və qaz idxal etməyə davam edir.
Bununla belə, STAR neft emalı zavodu Moskva ilə iş üzrə beynəlxalq maliyyə məhdudiyyətlərindən yaranan fəsadlar səbəbindən bu yay Rusiya xam neftinin idxalını azaltmalı oldu.
Belə ki, NEZ bu ilin əvvəlində Urals neftinin idxalını azaldıb, avqust-sentyabr aylarında alışı tamamilə dayandırıb, onu oxşar keyfiyyətdə olan və hələ də Rusiya limanlarından yüklənən Qazaxıstanın KEBCO nefti ilə əvəz edib.
""Lukoil" oktyabr ayından etibarən “STAR”a “Urals”ı (neftini - red.) tədarük etməyə başlayacaq və gündə təxminən 100 min barel neft çatdıracağı gözlənilir ki, bu da zavodun gücünün yarısına bərabərdir", - məlumatda qeyd olunur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır

















.jpg)





