NEQSOL Holding əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün Infosec IQ ilə tərəfdaşlıq edir
(®) NEQSOL Academy kibertəhlükəsizlik üzrə təhsil və maarifləndirmə həllərinin aparıcı təchizatçısı olan Infosec IQ ilə strateji tərəfdaşlığa başlayıb.
Bu əməkdaşlıq NEQSOL Holding-in işçi qüvvəsinin kibertəhlükəsizlik təhdidləri və ən yaxşı təcrübələri haqqında məlumatlılığını və anlayışını artırmaqla onların kibertəhlükəsizliyə hazırlığını gücləndirmək məqsədi daşıyır.
Bu strateji əməkdaşlıq çərçivəsində Infosec IQ kibertəhlükəsizlik maarifləndirməsinə dair qabaqcıl təlim proqramları təqdim edəcək. Bu proqramlar parol təhlükəsizliyinin gücləndirilməsi və həssas məlumatların qorunması da daxil olmaqla, geniş spektrli mühüm mövzuları əhatə edəcək. Bu isə əməkdaşları hər-hansı kibertəhlükəsizlik təhdidlərini müəyyən etməyə imkan verəcək və onlara cavab vermək üçün lazımi təcrübə və bacarıqlarla təchiz edəcək.
“Bugünkü müasir rəqəmsal mənzərədə kibertəhlükəsizlik əsas prioritetə çevrilib. Bu sahə davamlı olaraq inkişaf edir, mürəkkəbləşir və qlobal miqyasda təşkilatlar üçün əhəmiyyətli risklər yaradır. Müxtəlif sənayelər üzrə biznes maraqlarına malik qlobal bir təşkilat kimi NEQSOL Holding üçün rəqəmsal aktivlərinin qorunması və əməliyyatların təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Biz əminik ki, Infosec IQ ilə tərəfdaşlıq bizə əməkdaşlarımızın təhsili və səlahiyyətlərinin artırılmasına, eləcə də kibertəhlükəsizlik müdafiəmizi gücləndirməyə imkan verəcək", - deyə “NEQSOL Holding Azərbaycan” ofisinin rəhbəri İmran Əhmədzadə bildirib.
“Infosec IQ”nin kibertəhlükəsizlik məlumatlandırma həlləri haqqında ətraflı məlumatı aşağıdakı keçidə daxil olaraq əldə etmək olar: https://securityiq.infosecinstitute.com
NEQSOL Holding 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
5 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
7 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
10 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
12 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 20 d. əvvəl
- 22 d. əvvəl
- 31 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir




























