Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçən həftə keçirdiyi toplantıdan sonra faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağına dair artan narahatlıqlar fonunda major valyutalar yeni həftəyə də enişlə başladı.
FED ötən həftə uçot faiz dərəcəsini proqnozlaşdırıldığı kimi dəyişməyərək, son 22 ilin ən yüksək səviyyəsi olan 5.25-5.50% səviyyəsində sabit saxlasa da, ilin sonuna qədər növbəti faiz artımına işarə etdi.
Analitiklər qeyd edirlər ki, FED-in proqnozu və bank rəsmilərinin açıqlamaları faiz dərəcələrinin gözləniləndən daha uzun müddət yüksək səviyyədə qalacağına dair narahatlıqları artırıb.
FED rəsmilərindən "şahin" tonlu açıqlamalar gəldikdə, Çikaqo FED-in sədri Austan Qulsbi bu gün verdiyi müsahibədə faiz dərəcələrinin bazarların gözlədiyindən daha uzun müddət yüksək qalacağını bildirib.
Faiz artımına baxmayaraq ABŞ iqtisadiyyatının resessiyadan qaçmasının mümkün olduğunu bildirən Qulsbi hələ də çoxlu risklərin olduğunu qeyd edib.
FED-in faiz dərəcələrini daha uzun müddət yüksək tutacağına dair narahatlıqlar istiqraz faizlərində də artıma səbəb olarkən, ABŞ-da 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi 4.5%-ə yüksəldi.
Digər tərəfdən ABŞ-da sentyabrın 30-da başa çatacaq 2023-cü maliyyə ilinin bitməsinə sayılı günlər qaldığı halda, analitiklər Konqresdə büdcə ilə bağlı proseslərin də bazarların diqqət mərkəzində olduğunu bildiriblər.
Məlumat İnvest-AZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
-
21 d. əvvəl
Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
- 24 d. əvvəl
- 25 d. əvvəl
-
39 d. əvvəl
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
-
46 d. əvvəl
Biləcəridə yeni fürsət: Tam təmirli 2 otaq studiya mənzillər satışa çıxdı
- 49 d. əvvəl
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlara 51 investordan 51 sifariş
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
"Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir"
Ən çox oxunanlar
Azərbaycan-Latviya sənədləri mübadilə edilib
"akart"da yeni limitlər
Aprelin 23-də gözlənilən hava şəraiti
"Kapital Bank" "Bir" ekosistemində “Bir Taxi” istifadəyə verilə bilər" iddiasına cavab verdi






.jpg)








.jpg)






