"28 min şirkət müflis ola bilər" proqnozu narahatlıq doğurur
Böyük Britaniyada yüksək faiz dərəcələr səbəbindən gələn il 28 min şirkətin müflis ola biləcəyi bildirilir.Mərkəzi ofisi Londonda olan İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi (CEBR) 2023-cü ilin ikinci rübündə 6342 şirkətin iflasa uğradığını, qurumun modelinə görə görə, hər bir rübündə 7 min şirkət olmaqla 2024-cü ildə ölkədə cəmi 28 min şirkətin iflas riski ilə üzləşə biləcəyini açıqlayıb.
Qeyd edilib ki, şirkətlərin müflisləşməsinə İngiltərə Mərkəzi Bankının (BoE) faiz artırması səbəb olur.
Açıqlamada, "Yüksək borclanma xərclərilə əlaqədar olaraq iri investisiyalar gecikərsə və şirkətlər iflas etməyə davam edərsə, bunun iqtisadiyyata ciddi təsirləri olacaq - material tədarükçülərindən tutmuş işini itirən işçilərə qədər”, - deyilir.
İngiltərə hökumətinin iyul ayında açıqladığı məlumatlara görə, bu ilin ikinci rübündə ölkədə müflis olan şirkətlərin sayı 6342 ilə 2009-cu ildən bəri ən yüksək səviyyəyə çatıb.
Keçən ay İngiltərə Mərkəzi Bankı (BoE) faizini 0,25 bənd də artıraraq 5,25 faizə çatdırıb. Beləliklə, Bankın faizi son 15 ilin ən yüksək səviyyəsinə çatıb.
İngiltərə Mərkəzi Bankı inflyasiya hədəfini 2 faiz səviyyəsində saxlamağa davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)








