Getir şirkəti 2500 nəfəri işdən çıxarır
Türkiyənin sürətli çatdırma şirkəti Getir, bazarların əksəriyyətində sürətli çatdırılma xidmətlərində çətinliklər ilə qarşılaşdığı üçün qlobal işçi qüvvəsini 10 faizdən çox azaltmaq qərarına gəlib.Baş ofisi İstanbulda yerləşən Getir şirkəti 2500 nəfəri işdən çıxaracağını və şirkətin Türkiyə, İngiltərə, Almaniya, Hollandiya və ABŞ-da fəaliyyətini davam etdirəcəyini açıqlayıb.
Marja.az xəbər verir ki, ultra sürətli çatdırılma vəd edən şirkətlər xərcləri azaltmağa başlayıblar. Bunun səbəbi, Covid-19 pandemiyası zamanı sektora sərmayə yatıran investorların gəlirlilik üçün aydın bir yol tələb etmələridir.
2022-ci ilin mart ayında 11,8 milyard dollar dəyərində olan Getir-in geri çəkilmə qərarı şirkətin Fransa, İtaliya, Portuqaliya və İspaniya bölmələrini bu ilin əvvəlində bağladıqdan sonra verilib.
İxtisar ilə bağlı bəzi təfərrüatlar bazar ertəsi Insider tərəfindən yayımlanıb. Mövzuya yaxın mənbələrdən əldə edilən məlumata görə, “Getir”in qurucusu və baş icraçı direktoru Nazım Salur iyul ayında bütün işçilərin iştirak etdiyi toplantıda qazanc gətirən yeganə vahidin Türkiyə bazarı olduğunu bildirib.
Digər tərəfdən, Getirin mətbuat açıqlamasında, şirkətin əməliyyat səmərəliliyini artırmaq üçün qlobal idarəetməni yenidən qurmaq qərarına gəldiyi bildirilib.
Açıqlamada, "Getir ekosistemində kuryerlər, anbar işçiləri və ofis işçiləri də daxil olmaqla 5 ölkədə təxminən 23 min işçi var. Ancaq təəssüf doğuran qərarımızla komandamızı ixtisar edirik və fəaliyyət göstərdiyimiz bazarlardakı təxminən 2500 işçi ilə yollarımızı ayırırıq",- deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 18 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Tramp İrana qarşı tətbiq edilən blokadanı uzatmağa çalışır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi















.jpg)






