“Azərsığorta”nın Gəncə filialı yeni konseptdə!
(®) İlk və tək dövlət sığorta şirkəti olan “Azərsığorta” filial şəbəkələrinin optimallaşdırılması prosesinə davam edir. Bölgələrdəki regional mərkəzlərinin sayını artıran Şirkətin Gəncə şəhərində yerləşən və yeni konsepsiyaya uyğun transformasiya olunan filialının açılışı olub.
Gəncə şəhəri, Heydər Əliyev prospekti 325 ünvanında yerləşən yeni filial vətəndaşlara yüksək xidmət göstərmək üçün zəruri olan bütün imkanlara sahibdir. Gəncə şəhəri ilə yanaşı ətraf rayon və şəhərlərdə yaşayan əhali də bu filiala yaxınlaşaraq Şirkətin təklif etdiyi bütün növ sığorta xidmətlərindən istifadə edə biləcəklər.
Şirkətin İdarə Heyəti sədrinin müşaviri Ceyhun Qurbanlı və bir sıra nümayəndə heyətinin iştirakı ilə baş tutan açılış mərasimində Gəncə şəhərinin vətəndaşları da qəbul edilmiş, ilk gündən artıq vətəndaşlara xidmət göstərilmişdir.
Qeyd edək ki, 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayan “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti olaraq yaradılıb.
2022-ci il may ayından etibarən “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən Şirkət 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN













.jpg)








