Dollar/rubl məzənnəsi psixoloji əhəmiyyətli səviyyəni keçdi
Rusiya Mərkəzi Bankı 2023-cü ilin qalan hissəsində daxili bazardan valyuta alışını dayandıraraq Rublun ucuzlaşmasını dayandırmağa çalışsa da, dollar/rubl məzənnəsi ötən ilin martından bəri ilk dəfə olaraq psixoloji əhəmiyyətli 100 səviyyəsini keçib.
Marja.az xəbər verir ki, Rubl bu il dollar qarşısında təxminən 25 faiz dəyər itirərək onu inkişaf etməkdə olan bazarlar arasında ən pis performans göstərən valyutalardan birinə çevirib.
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya davam edən işğalı və ölkə üçün neft qiymətlərinin məhdudlaşdırılması da daxil olmaqla, ixracdan gələn gəlirləri azaltması nəticəsində rubl keçən ilin iyun ayında pik həddinə çatdıqdan sonra təxminən iki dəfə ucuzlaşıb.
Rusiya Mərkəzi Bankı çərşənbə günü büdcə mexanizmi çərçivəsində daxili bazardan valyuta alışını dayandırdığını açıqlayıb. Bildirilib ki, qərar “maliyyə bazarlarında volatilliyi azaltmaq” məqsədi daşıyır.
Bloomberg Rusiya iqtisadçısı Aleksandr İsakov rublun son ucuzlaşmasını belə qiymətləndirib:
"Hesab edirik ki, rublun sabitləşməsi üçün uçot dərəcəsi 10 faizə yaxınlaşmalı və federal büdcə xərcləri fiskal tavan daxilində saxlanılmalıdır.
Rubl yüksək xam neft qiymətlərindən faydalana bilər".
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı milli valyutada depozitləri artırmaq və idxalı azaltmaq üçün sentyabrın 15-də keçiriləcək iclasında faizini 0,50-1.00 faiz bəndi artıracağı gözlənilir.
Qeyd edək ki, bu gün Moskva birjasında Dolların məzənnəsi 100 rublu keçdikdən sonra 101 rublu da ötüb. Bu, 23 mart 2022-ci ildən bəri ilk dəfədir. Avronun məzənnəsi isə 2022-ci il martın 23-dən bəri ilk dəfə olaraq 110 rublu ötüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







